DNEPR BUZLAŞMASI, D n e p r b u z l a q e p o x a s ı – Şәrqi Avropa düzәnliyindә Orta Pleystosenin ilk örtük buzlaşması. 300–250 min il әvvәl Lixvin vә Moskva buzlaqarası epoxaları arasında baş vermişdir. 1926 ildә Ukrayna geoloqu V.İ. Krokos tәrәfindәn Dnepr çayı hövzәsindә tәdqiq olunmuş moren çöküntülәrinә әsasәn adlandırılmışdır. D.b. zamanı buzlaqlar buzlaşma mәrkәzlәrindәn (Fennoskandiya, Novaya Zemlya, Qütb Uralı) Dnepr çayı dәrәsi boyu iri dil şәklindә 49– 50° şm.e.-nәdәk gәlib çıxmışdır. Buzun qalınlığı Botniya körfәzi r-nunda tәqr. 5 km, Sankt-Peterburq ş. yaxınlığında tәqr. 3 km, Moskva ş. r-nunda 1,5–2 km tәşkil edirdi.
Şәrqi Avropa düzәnliyinin şm.-ında D.b.-nın buzlaq çöküntülәri, әsasәn, Moskva buzlaşmasının vә Valday buzlaşmasının moren çöküntülәri ilә örtülmüşdür. Dneprin moren çöküntülәri ölçülәri buzlaşma mәrkәzindәn uzaqlaşdıqca kiçilәn, gilcәlәr vә valunlardan ibarәtdir. Qırıntıların tәrkibindә yerli çökmә süxurlarla yanaşı buzlaşma mәrkәzlәrindәn gәtirilmiş kristallik süxurlar da (qneyslәr, qranitlәr, kvarsitlәr, şistlәr vә s.)
olur.
Qәrbi Sibir düzәnliyindә Samarov, Qәrbi Avropada Zaal (Drente mәrhәlәsi), Alp d-rında Ris (Ris-I), Şimali Amerikada İllinoys (erkәn mәrhәlә) buzlaşmaları D.b.-nın yayılma müddәti ilә üst-üstә düşür.