DNEPRBOYU OVALIQ, Dnepr o v a l ı ğ ı – Belarus vә Ukraynanın şm.-ş.-indә, Şәrqi Avropa düzәnliyinin c.-unda ovalıq. Dneprin orta axınının sol sahili boyunca uzanmışdır. Hünd. 182 m-ә, eni 120 km-ә qәdәrdir. Q.-dә vә c.-q.-dә Dnepr çayı dәrәsi ilә, c.-da Donetsk vә Azovyanı yüksәkliklәrinin, şm.-ş.-dә isә Orta Rusiya yük sәkliyinin yamacları ilә әhatә olunmuşdur. D.o. Ukrayna Polesyesinin şm.-ş. davamıdır. Geostruktur cәhәtdәn Dnepr-Donetsk çökәkliyinә müvafiqdir. Flüvioqlyasial vә allüvial-göl çöküntülәrindәn, gil vә lösslәrdәn ibarәtdir. Sәthi hamar vә az parçalanmışdır. İqlimi mülayim kontinen -
taldır. Meşә-çöl vә çöl landşaftı inkişaf etmiş dir. Әrazisinin çox hissәsi şumlanır. Neft-qaz (Dnepr-Donetsk qazlı-neftli vilayә ti), qonur kömür (Dnepr kömür hövzәsi), duz, tikinti materialları yataqları var.