Qara dәnizin şm. hissәsindә, Ukrayna sahillәrindә körfәz. Buq vә Dnepr limanlarının birlәşmәsindәn yaranır. Q.-dә dәnizdәn alçaq, qumlu Kinburn dili ilә ayrılır, eni 4,3 km olan boğaz onu dәnizlә birlәşdirir. Buq limanı Cәnubi Buq çayının D.-B.l.-na tökülmәsindәn yaranır; quruya doğru 47 km uzanır, aşağı hissәsindә eni 11 km-dir, gәmiçiliyә yararlıdır; Nikolayev portu sahilindәdir. Dnepr limanı isә Dnepr çayının Qara dәnizә tökülmәsindәn yaranır; uz. 55 km, eni 16,7 km-әdәkdir. Qışda donur. Gәmiçiliyә yararlıdır; Oçakov portu sahilindәdir.