Belarusun Qomel, Mogilyov, Minsk, Ukraynanın Çerniqov, Poltava, Xarkov, Sumı, Dnepr, Luqansk, Rusiyanın Rostov vil.-lәri әrazisindә yerlәşir. Dnepr-Donetsk qazlı-neftli vә Pripyat neftli vil.-lәrini әhatә edir; 3 neftli, 3 qazlı-neftli vә 3 qazlı r-ndan ibarәtdir. Sah. 100 min km2. 1936 ildә neftin, 1950 ildә qazın ilk yatağı kәşf edilmişdir. 2006 ilә 170-dәn çox karbohidrogen yatağı aşkar olunmuşdur. Әyalәt tektonik cәhәtdәn Şәrqi Avropa platformasının c. hissәsindә Pripyat-Dnepr-Donetsk paleorift sistemi ilә әlaqәdardır. Әsas neftli-qazlı komplekslәr Paleozoy çöküntülәrindәdir; ehtiyatın 60%-ndәn çoxu Üst Daş kömür-Alt Perm çöküntülәrindә toplanmışdır. Mәhsuldar horizontlar 0,4– 6,1 km dәrinliklәrdә yerlәşir. Neftlәr yüngül (sıxlığı 800–820 kq/m3), azkükürdlü, azqatranlı, parafinlidir. Qazlar 80–95% metandan, 4–19% ağır karbohidrogenlәrdәn, 10–300 q/m3, bәzәn daha çox kondensatdan ibarәtdir. Әsas kәşfiyyat vә hasilat mәrkәzlәri Xarkov, Poltava, Çerniqov, Priluki, Balakleya, Qomel ş.-lәridir.