müxtәlif mәnşәli ardıcıllıqları birlәşdirәn rekombinant DNT-nin alınma metodları, irsi xassәlәri mәlum orqanizmlәrin konstruksiya olunması üçün fiziki-kimyәvi biologiyanın vә molekulyar genetikanın bilik, metod vә texnikalarından istifadәsi, gen-mühәndisliyi bacarığı – rekombinant DNT-nin alınması vә onun resipient hüceyrәyә daxil edilmәsi, yaxud tam xromosomun donor-hüceyrәdәn resipient-hüceyrәyә köçürülmәsi. DNT-nin klonlaşdırılması, genlәrin identifikasiyası, sekvens vә oliqonukleotidlәrin sintez metodları, DNTnin istiqamәtlәnmiş mutagenezi, sintez olunmuş DNT molekullarının ekspressiyasının optimallaşdırılması, rekom binant DNT texnologiyası vә rekombinant DNT-nin canlı hüceyrәyә daxiledilmә metodları da hәmçinin bunlara aiddir. DNT-texnologiya DNT şifrinin açılması nәticәsindә elmin vә texnologiyanın yeni sahәsi кими meydana gәlмишdiр; biologiyanın irsiyyәt vә dәyişkәnliyin konstruk siyalaşdırılmasını öyrәnәn sahәsidir. DNT-texnologiyanın müasir mәrhәlәsi bәşәriyyәtin rifahı vә sağlamlığının yüksәldilmәsi ehtiyacı ilә sıx bağlıdır. Әsasәn, DNT-polimorfizm mәlumatlarının seleksiyada istifadәsi; genom vә genofondun strukturunun tәdqiq olunması, әlavә vasitә kimi tak sonomiya, sistematika vә seleksiyanın tәdqiqi, DNTpolimorfizminin aşkar edilmәsi vә qiymәtlәndirilmәsi, xromosom, yaxud onun fraqmentlәrindә klonlaşdırılmış ardıcıllığın fiziki lokalizasiyasının dәqiq tәyini, genomun, yaxud ayrı-ayrı xromosomların fiziki xәritәsinin restri ktaza fermentlәri ilә yaradılması, ayrı-ayrı xromosom genlәri bankının yaradılması, istiqamәtlәnmiş seleksiya, yaxud genom elementlәrinin başqa genoma introduksiyası zamanı tam genomun aqibәtinin müşahidәsi, yeni rekombinant formaların ayrılması ilә fiziki rekombinasiya proseslәrinin öyrәnilmәsi, müxtәlif topologiyalı DNT molekullarının öyrәnilmәsi, genetik materal selinin idarә olunması metodları (molekulyar-genetik markerlәrin kömәyilә seleksiya, bu mәqsәdlә kәmiyyәt әlamәtlәrinin әsas genlәrinin işarәlәnmәsi vә xәritәlәşdirilmәsi; hәmin markerlәrin istifadәsi ilә biomüxtәlifliyin saxlanması; ekoloji genetikanın mәlumatlarını nәzәrә almaqla heyvanların çoxalması vә valideyn formalarının seçilmәsi üçün genetik әsaslandırılmış proqramların işlәnib hazırlanması), “bioreaktorların” alınması mәqsәdilә genetik modifikasiya olunmuş orqanizmlәrin yeni formalarının yaradılması (insan üçün terapevtik mühüm zülalların produsentlәri), inkişafın genetik mexanizmlәrinin vә müxtәlif xәstәliklәrin xәbәrdarlıq edilmәsinin öyrәnilmәsi (onkopatologiyaйа, kanserogenezә, müxtәlif mono- vә poligen genetik determinә olunmuş xәstәliklәrә davamlılıq, orqanların ksenogen transplantasiyasının artırılması, transgen somatik hüceyrәnin istifadәsi zamanı gen terapiyaсы), hәmçinin genetik materialın struktur-funksional tәşkilinin funda mental tәdqiqi, genlәrarası qarşılıqlı tәsirin (strukturfunksional elementlәrin daxil edilmәsi ilә gen konstruksiyalarının yaradılması vә müxtәlif genlәrin ekspressiyasına onların tәnzimlәyici effektlәrinin analizi) öyrәnilmәsi sahәsindә tәdbiq edilir. DNTtexnologiyanın әsas mәsәlәsi ayrı-ayrı genlәrin ayrılması, onların molekulyar klonlaşdırılması (çoxaldılması) vә rekombinant DNT-nin yara dılması, onun genlәrlә vә müxtәlif pro motorlarla süni kombinasiyasıdır. Genom DNT-texnologiyası zamanı böyük miqdarda әlavә genetik mәlumatın daxil edilmәsinә cәhd олунур vә nәticәdә bir çox әlamәtlәrinә görә әvvәlki orqanizmdәn fәrqlәnәn hibrid orqanizm alınır. Hibridlәr bütün lazımi (obliqat) genlәrә malik olduqda, hәyat qabiliyyәtli olurlar. Müxtәlif mәnşәli rekombinant DNT-nin praktiki istifadәsi DNT-texnologiyanın әsasını tәşkil edir. Nәzәri olaraq insan vә heyvanın 30–50 min struktur geninин tәcrübi analizi müm kündür. Ona görә dә, DNT texnologiyanın kömәyilә insan vә x.t. üçün müxtәlif maddәlәrin istehsal perspektivlәri açılır. Rekombinant DNT ilә iş zamanı 3 ardıcıl mәrhәlәni ayırmaq olar: yad DNT-nin alınması, alınmış DNT-nin fraqmentlәrә kәsilmәsi vә onların tәmizlәnmәsi, vektor plazmidә yad DNT fraqmentinin daxil edilmәsi vә rekombinant DNT-nin alınması, onun permissiv hüceyrәlәrә daxil edilmәsi, amplifikasiya vә ekspressiyası.
DNT-texnologiya mikroorqanizm genomlarının konservativ elementlәrinin müxtәlifliyinin analizinә әsaslanan genosistematikanın tәdqiqindә tәtbiq olunur. Bu, әsasәn ribosom RNT genlәrinin konservativ elementlәrinин variabel sa hәlәrinin analizinә әsaslanır. Mәhz, RNT genlәrin strukturunun müqayisәsi zamanı bütün canlıları üç alәmә: Bakteriya (Bakteria), Arxea (Archea) vә Eukariotlara (Eukarya) ayıran canlı or qanizmlәrin müasir genosistematikasının әsasları tәklif olunmuşdur. Ribosom
RNT geninin ardıcıllığında incә fәrqliliyin tәdqiqi daha kiçik sistematik va hidlәrin tapılmasına vә canlı orqanizmlәrin daha dәqiq sistematikasının qurulmasına imkan verir.
Sәnaye miqyasında aminturşuların vә fermentlәrin alınması üçün sәnayenin yeni sahәsi olan mikrobioloji sintezin tәtbiqi zülal maddәlәrinin qlobal çatışmazlığı probleminin hәllindә böyük әhәmiyyәt kәsb edir. İnsan vә heyvanların tam qidalanması üçün qidada olan zülal aminturşularının yalnız miqdarı deyil, eyni zamanda amintuşuların tәrkibi dә vacibdir; belә ki, bәzi әvәzolunmaz amin-turşuların çatışmazlığı ciddi problemlәrә sәbәb olur. Qlutamin turşusunun qiymәtli qida әlavәsi kimi ilkin sәnaye is -tehsalı 20 әsrin 60-cı illәrindә Yaponiyada tәşkil olunmuşdur. S.Kinosita әmәkdaşları ilә бирликдя mikroorqanizmlәrdә aminturşularının böyük miqdarda sintezetmә qabiliyyәtini aşkara çıxararaq bunların sintezolunma şәraitini мцяййянляшдирдиляр. Sәnaye miqyasında aminturşular, әsasәn, ya zülal hidrolizatlarından ekstraksiya olunur, ya da iki sporsuz qrammüsbәt torpaq bakteriyalarından (Corynebacterium, yaxud Brevibacterium) metabolizm mәhsulu kimi alınır. Adәtәn, bu mikrorqanizmlәrin mәhsuldarlığını artırmaq mәqsәdilә mutagenezдян istifadя olunur vә sonra müәyyәn aminturşuların yüksәk produsent ştammları seçilir. Lakin ştammların belә alınması çox vaxt tәlәb edir vә sәmәrәliliyi аз олур. Eyni zamanda amin-turşular qida sәnayesindә dad vә aromatın güclәndiricisi, antioksidantlar vә qida әlavәlәri, tibdә әmәlийyatdan sonrakı müalicә üçün, heyvandarlıqda (yem әlavәlәri kimi), bitkiçilikdә (bitki müщафизя vasitәlәrinin sintezi zamanı), kimya sәnayesindә polimerlәrin sintezi za -
manı, kosmetik vasitәlәrin istehsalında vә sәnayedә motor yağlarına qatılan polimerlәrin sintezi zamanı; müxtәlif boyaların, xәlitәlәrin (әrinti) istehsalında ilkin maddә kimi geniş tәtbiq edilir. Dünyada hәr il dәyәri 5 mlrd. dollardan artıq olan 800 min tondan çox aminturшu sintez olunur.
Heyvanların DNT-texnologiyası, transgenez vә klonlaşdırma, heyvanların genetik materialı vasitәsilә sәrbәst manipulyasiya etmәyә imkan verir. Bәzәn hәr iki istiqamәt transgen heyvanların klonlaşdırılmasında birlәşdirilir. Әsas mәsәlәlәr: 1. K.t. heyvanlarının qiymәtli genotiplәrinin çoxaldılması (klonlaşdırma) yollarının işlәnib hazırlanması. 2. Heyvan-bioreaktorların yaradılması (trans-genez-трансэеноз). 3. Heyvan-bioreaktorların çoxaldılması (transgenez + klonlaşdırma). 4. İnsan patologiyasının modellәşdirilmәsi üçün heyvanların yaradılması vә genlәrin tәsirinin öyrәnilmәsi. 5. Ksenotransplantasiya üçün orqanların donoru olan heyvanların yaradılması.
Vaksinlәrin işlәnib hazırlanmasında maya göbәlәyi saxaromisetlәrinин DNT-texnologiyasının ilk müvәffәqiyyәti hepatit B virusu sәthi antigeninin produsent-ştammının yaradılması olmuşdur. Bu problemin mürәkkәbliyi ondan ibarәtdir ki, hepatit B virusunu (HBV) hüceyrә kulturasında yetişdirmәk mümkün deyil vә kiçik laboratorийа heyvanları da ona hәssas deyillәr. Mәlum infeksiyanı yalnız şimpanze meymunlarında modellәşdirmәk olar ki, onlar da çox nadir vә bahadırlar. Hepatit B-йя qarşı ilk vaksin mәlum virusun antigenlәrinin xroniki daşıyıcılarının qan plazmasından alınmışdır. Son onillikdә DNT-texnologiyanın inkişafı yeni vaksinlәrin işlәnib hazırlanmasında vә istehsalında bir çevrilişdir. Molekulyar biologiya vә gen mühәndisliyi metodlarının kömәyi ilә bir çox infeksion agentlәrin antigen determinantları identifikasiya olunmuş, uyğun zülalları kodlaşdıran genlәr klonlaşdırılmış vә bir sıra hallarda bu antigenlәrin zülal subvahidlәri әsasında vaksin istehsalı yaradılmışdır.