ETÓŞA (Etosha), Etoşa-Pan – Cәnubi Afrikada, Namibiyanın şm.-ında şoranlıq. Geniş axarsız çökәklikdә 1065 m yüksәklikdәdir. Sah. tәqr. 4 min km2. Yağışlar mövsümündә su, quru aylarda duz qatı ilә örtülür. Əvvәllәr E.-nın yerindә Kunene çayından qidalanan göl olub; sonralar bu mәnbәnin qapanması vә iqlimin quruluğunun artması ilә әlaqәdar göl şoranlığa çevrilmişdir. Şoranlıq Etoşa Milli Parkının әrazisindәdir.
Етоша шоранлыьы.