ÉTTLİ (Attlee) Klement Riçard (3.1.1883, London – 8.10.1967, London) – İngiltәrә dövlәt xadimi, Leyborist partiyasının liderlәrindәn vә ideoloqlarından biri. 1907 ildә Fabi cәmiyyәtinә qoşulmuş, 1908 ildә Müstәqil fәhlә partiyasına daxil olmuşdu. 1922–55 illәrdә İcmalar palatasında Leyboristlәr partiyasını tәmsil etmişdir. 1-ci (1924) vә 2-ci (1929–31) leyborist hökumәtinin üzvü idi. 1935–55 illәrdә Leyboristlәr partiyasının lideri olmuşdur. 1942– 45 illәrdә baş nazirin müavini, dominion işlәri üzrә nazir vә U.Çörçillin başçılıq etdiyi koalisiya hökumәti şurasının lord-sәdri idi. 1945–51 illәrdә E.-nin baş nazir olduğu hökumәt milli azadlıq mübarizәsinin tәzyiqi altında Hindistana (1947), Birmaya (1948) istiqlaliyyәt verdi. Marşall planının hәyata keçirilmәsindә, NATO-nun yaradılmasında (1949) fәal iştirak etmişdir. 1951 il seçkilәrindә leyboristlәrin mәğlubiyyәtindәn sonra istefa vermişdir. Leyborist müxalifәtinin rәsmi lideri vәzifәsindәn getdikdәn sonra (1955) qraf titulu alaraq lordlar palatasının üzvü olmuşdur.