ETÜD, musiqidә – hәr hansı alәtdә ifa texniki vәrdişlәrinin mükәmmәllәşdirilmәsi üçün nәzәrdә tutulmuş musiqili pyes. Müstәqil janr kimi E. 19 әsrdә virtuoz ifaçılığın çiçәklәnmәsi, musiqi alәtlәrinin tәkmillәşdirilmәsi ilә әlaqәdar inkişaf etmişdir. Tәhsil praktikasında istifadә olunan fp. üçün E. mәcmuәlәri İ.Kramerә mәxsusdur. R.Kreytserin vә P.Rodenin violin, D.Popperin violonçel üçün etüdlәri mәşhurdur.
N.Paqanininin violindә solo ifa üçün “24 kapriçço”su (1801– 07) E. janrının inkişafında yeni dövr açdı. F.Şopen, R.Şuman, F.Mendelson-Bartoldi, F.List, İ.Brams, S.Raxmaninov vә A.Skryabinin yaradıcılığında E.-lәr xüsusi yer tutur. K.Debüssi, O.Messian, K.Şimanovski, İ.F.Stravinski, S.S.Prokofyevin etüdlәri 20 әsrdә fp.-nun texniki imkanlarına yeni yanaşmanı nümayiş etdirmişdir.