DOBROVÓLSKİ Aleksey Dmitriyeviç (4.7.1907, Moskva – 19.12.1990, Moskva) – rus okeanoloqu. SSRİ Dövlәt mükafatı laureatı (1951, 1977). 1930 ildә Moskva Hidrometeorologiya İn-tunu bitirdikdәn sonra 1931–34 illәrdә Feodosiyada Qara vә Azov dәnizlәri Hidrometeorologiya İn-tunda işlәmişdir. 1932 ildә “Н. Книпович” gәmisi ilә ilkdәfә Frans-İosif Torpağı arxipelaqını şm.-dan keçәn ekspedisiyada iştirak etmişdir. 1934–41 illәrdә Moskva Hidrometeorologiya İn-tunda, 1941–44 illәrdә Leninabad (indiki Xucәnd) Ali Hәrbi Hidrometeorologiya İn-tunda, 1944–60 illәrdә SSRİ EA Okeanologiya İn-tunda işlәmişdir. MDU-nun coğrafiya fakültәsindә qurunun hidrologiyası kafedrasının prof. (1948–53), okeanologiya kafedrasının ilk müdiri (1953–87) vә prof. (1987–90) olmuşdur. Dünya okeanının öyrәnilmәsindә böyük tәşkilatçı, SSRİ okeanoloqlar mәktәbinin yaradıcısıdır. Dünya okeanı hidroloji strukturunun konsepsiyasını işlәyib hazırlamışdır. Çoxsaylı dәniz vә okean ekspedisiyalarında iştirak etmişdir. Çoxcildli “Sakit okean” monoqrafiyasının (1966–1972) hәmmüәllifidir.
Ә s ә r l ә r i: Моря СССР (B.S.Zaloginlә birlikdә). М., 1965; Общая гидрология (V.N.Mixaylovla birlikdә), М., 1991.
Әd.: К р а с н о п о л ь с к и й А.В. Отечественные географы (1917–1992). Спб., 1993. Т.1; А.Д. Д о б р о в о л ь с к и й. Воспоминания современников. М., 1997.