Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ETYENLƏR

    ETYÉNLƏR, Estyenlәr (Etienne, Estienne, lat. Stephanus) – fransız mәtbәәçilәri vә humanist naşirlәr ailәsi. Lionda, Parisdә, Cenevrәdә fәaliyyәt göstәrirdilәr (1502–1660). Yunan vә latın yazıçılarının әsәrlәrini vә onlara aid şәrhlәri, fundamental lüğәtlәri, “İncil”i qәdim yәhudi, yunan vә latın dillәrindә nәşr etmişdilәr; tәtbiq etdiklәri yeni yunan şrifti (kral şrifti adlanırdı) sayәsindә kitab ucuzlaşmışdı. E. ümumilikdә 1500 adda kitab nәşr etmişdilәr. Ən mәşhur nümayәndәlәri: Parisdә şirkәtin әsasını qoyan I  Anri (tәqr. 1460 –1520), әsasәn, dini vә fәlsәfi mәzmunda orijinal titul vәrәqi ilә birgә tәqr. 130 kitab çap etmişdir. Oğlu  I  R o b e r  (1503–59) filoloq, kalvinist, fәal Reformasiya tәrәfdarı idi. Dәrs vәsaitlәri vә “İncil”i çap etmişdir. 1523 ildә “Əhdi-cәdid”in latın mәtninin düzәliş olunmuş nәşrini, hәmçinin latınca “Latın dilinin xәzinәsi” (1–2 c., 1531) adlı izahlı lüğәt tәrtib edәrәk buraxmışdır. 1539 ildә latın vә qәdim yәhudi dillәrindә, 1540 ildә isә yunan dilindә kitab çapı üzrә sәviyyәli mütәxәssis kimi “kral çapçısı” tәyin olunmuşdu. 1551 ildә katolik irticanın güclәnmәsi nәticәsindә Cenevrәyә qaçmış vә orada mәtbәә açaraq katolisizm әleyhinә bir sıra hәcvlәr nәşr etmişdir. Ümumilikdә, 600-dәn çox kitab buraxmışdır. Onun mәtbәә nişanında ağac altında “Noli altum sapere” (“Əllamәlik etmә”) devizi ilә dayanmış zahid tәsvir olunmuşdur. I Roberin oğlu II Anri (1528, Paris – 1598, Lion) mәtbәәçi vә alim, ellinist vә poliqlot idi. Qәdim müәlliflәrin bir sıra әlyazmalarını tapıb üzә çıxarmışdır. Ən böyük әsәrlәri: “Herodotun mәdhi”, fransız әdәbi dili haqqında traktatlar (1565, 1578, 1579, 1594) vә “Yunan dili xәzinәsi” (1–6 c., 1572–73). Sonuncu әsәr 19 әsrdә yenidәn çap olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç