EUFİLLÍN, aminofillin – tәrkibindә 80% teofillin alkaloidi vә 20% 1,2-etilendiamin olan dәrman preparatı. Spazmolitik, damargenәldici vә sidikqovucu tәsirә malikdir. Toz, hәb vә dәrialtına, vena daxilinә vurmaq üçün mәhlul halında buraxılır. Bronxial astma, ürәk astması, stenokardiya, insult vә s. xәstәliklәrdә işlәdilir.