EUXROMATİN, aktiv xromatin – hәrәkәtsiz nüvәdә, yәni interfazada (başqa sahәlәrdәn – heteroxromatindәn fәrqli olaraq) elementar dezoksiribonukleoproteid (DNP) sapları despirallaşma vәziyyәtindә qalmış xromatin (xromosom maddәsi) sahәlәr. E. hәmçinin heteroxromatindәn ribonuklein turşusunu (RNT) intensiv sintezetmә qabiliyyәtinә vә qeyri-histon zülalların böyük miqdarına görә fәrqlәnir. Onun tәrkibindә DNP ilә yanaşı, RNT-nin yetişmәsinin başa çatmasına vә sitoplazmaya daşınmasına xidmәt edәn, diam. 200–500 Å olan ribonukleoproteid hissәciklәri (RNP dәnәlәri) dә vardır. E.-dә orqanizmin әksәr struktur genlәri kodlaşır. Bax Xromosomlar.