Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EV

    EV – insanın yaşayışı vә güzәranı üçün uyğunlaşdırılmış әnәnәvi tikili, yaxud tәbii sığınacaq. Əmәli әhәmiyyәtindәn başqa E. olduqca mühüm rәmzi mahiyyәtә malikdir: insanı xarici xaosdan qorumaqla yanaşı, ailә vә qәbilәnin әvvәlki nәsillәri ilә әlaqә yaradır. Bu mәnada E. nәinki yaşayış yeri, hәmçinin sözün geniş mәnasında mәskәnin, ölkәnin, oykumenin dә daxil olduğu mәkandır.

    Qәdim E. Oldovay dәsinin alt tәbәqәlәrindәki (1,8 mln. il әvvәl) yumurtaşәkilli daş hörgü (4,3´3,7 m) “әn qәdim ev”in qalıqları kimi tәfsir olunur. Oxşar tikili Çexiyadakı Pjesletise düşәrgәsindә (tәqr. 700 min il әvvәl) mәlumdur (Avropada әn qәdim E. hesab olunur). Türingiyanın (Almaniya) şm.-ında Bilsinqlebene vә TerraAmatadakı (Fransanın c.-ş.-i) Erkәn Aşöl dövrünә (400–300 min il әvvәl) aid yaşayış tikililәrindә ocaqlar mövcud idi. Mustye (Orta Dneprboyunda I Molodovo, Krımda Çokurca vә s. düşәrgәlәr) vә Üst Paleolit dövründә E.-in quruluşunda mamontun iri sümüklәrindәn istifadә olunurdu. İnsanlar Paleolitdә içәrisindә bәzәn daş döşәmәlәri, arakәsmәlәr, nәhәng heyvanların sümüklәrindәn qurmalar olan tәbii sığınacaqlardan (mağara, zağa, qayaaltı) E. kimi yararlanırdılar. Mezolit dövründә yüngül, müvәqqәti E.-lәr üstünlük tәşkil edirdi. Neolitdә insanlar gil, daş vә ağacdan daimi (stasionar) E.lәr tikmәyә başlamışlar.

    Ənәnәvi E.-lәrin quruluşu vә daxili plan ı. Əvvәllәr E. ailәnin rәmzi “mәrkәz”in (oddan istifadәyә başlandıqdan sonra bu rolda ocaq çıxış edirdi) әtrafında toplandığı, otaqlara bölünmәmiş vahid mәkan (birkameralı E.) idi. E.-in periferik hissәsi insanın güzәranı (istirahәt, әl әmәyi) üçün nәzәrdә tutulur, bu mәqsәdlә daimi E.-lәrdә döşәnәklәr, taxtlar, oturacaqlar qoyulurdu. Bu tip E. quruluşu Qafqazda (darbazi, qaradam; hәmçinin bax Meqaron) qalmaqdadır. Böyük ailәnin, yaxud iri qohum kollektivinin E.-i bölmәlәrdәn vә ya nuklear ailәlәr üçün ayrı-ayrı otaqlardan (bax Böyük ev) ibarәt ola bilәrdi. İlk dәfә uzunsov ev tipindә çoxocaqlı E.-lәrә Pensevan (Fransa) vә s. әrazilәrdә Villendorf-Kostyonki mәniyyәtlәr birliyi abidәlәrindә rast gәlinir. Poliginiya vәziyyәtli ailәlәrdә bәzәn hәr qadının öz E.-i olurdu.

    E.-in hissәlәri kollektivin müәyyәn üzvlәri arasında (ailә başçısı, kişilәr, qadınlar, uşaqlar), yaxud hәr hansı bir fәaliyyәt (dini mәrasimlәr, xörәklәrin hazırlanması vә yeyilmәsi, işlәmәk vә istirahәt etmәk) üçün qәti surәtdә bölüşdürülürdü. Sonralar bunlar üçün bölmәlәr vә qonaq, yataq, mәtbәx, “qadınlara mәxsus” vә s. otaqlara ayrılır; çoxgözlü E.-lәr tikilmәyә başlayır. Bu tip E.-lәr yardımçı tәsәrrüfat binalarının (anbar, mәtbәx, pәyә, emalatxana vә s.) yaşayış evinin yanında tikilmәsi hesabına da yaradıla bilәrdi. Çoxgözlü tikililәr Neolit dövrünün әvvәllәrindәn mәlumdur (Carmo). Əlavә otaqlar (tikililәr) ilk vaxtlar, adәtәn, qızdırılmırdı; digәr hallarda isә ocaq (soba) dәhliz vә ya mәtbәxdә yerlәşdirilirdi. Bәzi tәsәrrüfat tikililәri E.-dәn aralı yerlәşsә dә, onunla birlikdә vahid yaşayış mәkanını – malikanәni tәşkil edirdi. Malikanәnin quruluşu müxtәlif olurdu: E. vә tәsәrrüfat tikililәri pәrakәndә yerlәşәrәk açıq hәyәt yaradır, yaxud da bir-birinә bitişik tikilәrәk daxili mәkanı әhatә edirdi (qapalı hәyәt). Avrasiyanın subtropik zolağında (Qәrbi Avropadan Orta Asiyayadәk) belә qapalı hәyәt (bәzәn bağı, fontanı, sütunları vә s. ilә) yaşayış vә güzәranın mәrkәzi olurdu (mәs., antik E.; bax Pastada).

    E.-lәrin quruluşunun mürәkkәblәşmәsi şaquli bölmәlәrin (çoxmәrtәbәli E.-lәr) meydana çıxmasında öz әksini tapdı: bunların alt mәrtәbәsi, adәtәn, tәsәrrüfat әhәmiyyәtli idi, üst mәrtәbә yaşayış üçün nәzәrdә tutulurdu; üçmәrtәbәli E.-lәrdә isә sonuncu mәrtәbәdә, adәtәn, yataq vә ya saxlanc otaqları yerlәşirdi. Neolitdә yaranmış çoxmәrtәbәli E.-lәr (Cәnub-Şәrqi Avropada aşkar olunmuş sxemlәrdәn mәlumdur) qәdim dövr vә orta әsr varlı şәhәrlilәr üçün sәciyyәvi oldu. Bu tip E.-lәrin inkişafına memarlıq üslublarının dәyişmәsi (bax Saray) tәsir göstәrirdi. E.ә. 1-ci minillikdә Qәdim Şәrq vә antik şәhәrlәrdә çoxmәnzilli binalar geniş yayılmışdı (mәs., insula). Çoxmәrtәbәli çoxmәnzilli E.-lәr 19 әsrdәn etibarәn şәhәr E.-lәrinin әsas tipinә çevrildi.

    E.-lәr istifadәsinә görә daimi, müvәqqәti vә daşınan növlәrә bölünür.

    Daimi E.-lәri oturaq vә yarımoturaq xalqlar (әkinçilәr, balıqçılar) tikirdilәr. Bu tip E.-lәrin tikinti materialları vә quruluşu, әsasәn, tәbii şәraitdәn asılı idi. Neolitәqәdәrki dövrdә yalnız budaq vә nazik şüvüllәrdәn istifadә olunurdu. Neolitdә әvvәlcә daş, sonra isә metal baltaların yayılması ilә әlaqәdar daha davamlı kәrtmә, yaxud karkaslı E.-lәr meydana gәldi. Kәrtmә tikililәrdә tirlәrin künc bağlamaları yerindә alt vә üst oturacaqları yonulub kәrtilәrәk (adı da buradandır) bir-birinin oyuqlarına kip oturdulurdu; dam örtüyü ağac tirlәrindәn, tikinti lәvazimatı olmadıqda isә samandan olurdu (bax Koma). Kәrtmә E.- lәr çox sayda yüksәkkeyfiyyәtli yuvarlaq ağac tәlәb edir. Karkaslı texnika isә daha qәnaәtlidir: divarlar üçün tir, taxta vә ya şüvüllәrlә bәrkidilmiş karkas dayaq rolunu oynayır, dam örtüyü isә, adәtәn, karkasdakı şalbanlar üzәrindә durur. Ağacdan evtikmә texnikası E.-lәrin bir çox әnәnәvi elementlәrindә (dördkünc E., ikiyamaclı dam örtüyü, frontonlu fasad, memarlıq orderi vә s.), sonralar daş memarlığında öz әksini tapdı. Meşәsiz, quraqlıq, dağәtәyi vә dağlıq r-nlarda daş, möhrә, çiy kәrpic, saman vә s. materialdan müxtәlif tipli -lәr (saman –Avrasiya xalqlarında, samanlı kәrpic – Mәrkәzi Amerikada vә s.) tikilmәyә başlandı. Mesopotamiyada Neolit dövründәn başlayaraq E.-lәr kәsilmiş gil laylarından (tof) hörülürdü. Davamsız olduğuna görә möhrә vә çiy kәrpicdәn tikilmiş E.-lәrin vaxtaşırı yenilәnmәsi xüsusi tipli mәskәn olan tәllәrin (Ön vә Orta Asiyada) yaranmasına gәtirib çıxartdı. Şәhәrlәrin vә monumental memarlığın inkişafı ilә әlaqәdar tikintidә bişmiş kәrpicdәn istifadә olunurdu. Dağlıq әrazilәrdә E.-lәr, әsasәn, daşdan (çox vaxt gil vә ağacla birlikdә) tikilirdi. Gil vә daş E.-lәrin yastı dam örtüklәri bәzәn üst qonşu üçün tәsәrrüfat yeri, pillәvarı E.-dә (dağ yamaclarında ail) isә hәyәt rolunu oynayırdı. Bir-birinә bitişik tikilmiş pillәvarı E.-lәrdәn ibarәt icma mәskәnlәri bәzәn çoxmәrtәbәli yaşayış mәkanı әmәlә gәtirir: Anadoluda Çatalhöyük Neolit mәskәni vә Şimali Amerikanın c.-q.-ndә hindilәrin puebloları buna misaldır. İlk dәfә Paleolit dövrünә tәsadüf edәn E.-lәrin xüsusi tipi tundranın meşәsiz әrazilәrindә karkasları balinanın qabırğa vә çәnәsindәn düzәldilmiş valkardır. Tikinti materiallarının olmadığı Arktika zonasında qardan düzәldilmiş E.-lәr – skimosların iqluları mәlumdur. Şri-Lankada veddalar, Sulavesidә toalalar vә s. Paleolitdәn bugünәdәk tәbii, yaxud süni şәkildә yonulmuş mağaralarda yaşayırlar.

    Yerlә tikilinin arasındakı nisbәt dә tәbii şәraitdәn asılıdır. Yerüstü E. tiplәri üstünlük tәşkil edir; soyuq iqlimi olan Şimal yarımkürәsindә Paleolit dövründәn başlayaraq qazma vә yarımqazmalar (әsasәn, karkaslı vә ya kәrtmә quruluşlu) yayılmışdı. Asiya vә Amerikanın tropik qurşağındakı isti vә rütubәtli vil.-lәr, hәmçinin mülayim qurşaqda yerlәşәn bataqlıq әrazilәr üçün dirәküstü E.-lәr sәciyyәvidir.

    E.-lәr, әsasәn, dairәvi (oval) vә düzbucaqlı planlı olur. Bunlardan dairәvi evlәr, ehtimal ki, daha qәdimdir. Onlardan düzbucaqlı evlәrә keçid Beyda, İyerixon vә s. mәdәniyyәtlәrdә izlәnilir. Dairәvi E.-lәr Ön Asiyanın bir sıra Neolit vә Eneolit mәdәniyyәtlәrindә (bax Tolos), hәmçinin Afrika vә Cәnubi Amerika xalqlarında yayılmışdır.

    E. insanın nәinki yaşayış, hәm dә güzәranının (istilik, işıqlandırma, mebel vә ) mühüm vasitәsidir. Neolit dövründә Yaxın Şәrqdә daş valı üzәrindә fırlanan qapılar, tağlı sobalar, daşla döşәnmiş vә ya әhәnglә suvanmış gil döşәmәlәri, tәsәrrüfat, yaxud ayini taxçaları olan, suvaqlanmış, bәzәn naxışlanmış divarlar (mәs., Şimali İraqda e.ә. 6-cı minilliyә aid Umm Dәbağiyәdә ov sәhnәlәri) meydana gәldi.

    Qәdim E.-lәr üçün müasir anlamda “mebel”in olmaması sәciyyәvidir. Əşyalar ya E.-lәrin daxili quruluşu ilә bilavasitә bağlıdır (mәs., qazmalarda torpaq, möhrә E.-lәrdә isә gil taxtlar, kәrtmә E.-lәrin divarlarında oyulmuş oturacaqlar vә rәflәr), ya da, әksinә, yüngül mәişәt әşyalarıdır (alçaq masalar, hәsirlәr vә s.).

    Müvәqqәti  E. köçәri vә yarımköçәri hәyat tәrzi sürәn cәmiyyәtlәr (ovçular, yığıcılar, maldarlar vә s.) üçün sәciyyәvidir. Ən sadә müvәqqәti E. tipi budaq, yarpaq vә ya otdan talvar vә ya sipәrdir, daha tәkmillәşmiş variantı karkası budaq vә şüvüllәrdәn olan alaçıq, yaxud daxmadır (mәs., Şimali Amerika hindilәrindә viqvam vә vikiap). Müntәzәm yaşanılan E.-lәr (ovçu E.-lәri, ucqar otlaqlarda, tarlalarda vә s.) quruluşa görә daimi E.-lәrә yaxındır.

    Köçәri maldarlar arasında yığılıb-sökülәn, karkaslı, heyvan dәrilәri ilә örtülmüş da şınan E.-lәr  – çum, tipi, yurt yaranmışdır. Asiya vә Şimali Afrikanın sәhra vә yarımsәhralarındakı köçәrilәr üçün üstü tünd keçi yunu ilә örtülәn düzbucaqlı çadır  sәciyyәvidir. Köçәri E.-inin xüsusi tipi araba (mәs., skiflәrdә), narta (Avrasiya tundrası xalqlarında narta çumu vә ya balok), yaxud qayıq (dәniz köçәrilәri adlandırılan oranq lautlarda) üstündә alaçıqdır.

    Имарят. 19 яср. Азярбайъан.

    Azәrb.-da da yaşayış E.-lәri әn ibtidai planquruluşdakı mәrhәlәdәn müasir sәviyyәyәdәk böyük inkişaf yolu keçmişdir. Ölkәmizdә әn qәdim E. tiplәri tәbii vә süni mağaralar (zağa, pәnah, daran, kaha, kühül, sığnaq, dәlmә) kimi formalaşmışdır. Paleolitin sonlarında mәhsuldar qüvvәlәrin inkişafı sәbәbindәn inşaat texnikasının tәk- millәşdirilmәsi süni mağaraların qazma vә yarımqazma tipli E.-lәrlә әvәz olunması ilә nәticәlәndi. Daş hörgünün meydana gәlmәsi isә koma, dәyә vә daşqura tipli E.-lәrin yaranmasında mütәrәqqi rol oynamışdır. Neolit vә Eneolit dövrlәrindә möhrә, çay daşı vә çiy kәrpicdәn hörülmüş, divarları içәri vә bayır tәrәfdәn suvanmış bir vә ikigözlü dördkünc vә dairәvi E.-lәr Naxçıvan vә Kür-Araz vadisindә yayılmışdı. Bu E.-lәrdә açıq ocaq, taxıl quyusu, bәzilәrindә әrzaq vә heyvanların saxlanılması üçün xüsusi yerlәr olurdu. Azәrb. әrazisindә maldarlıq vә әkinçiliklә mәşğul olan әhali arasında qaradam E. tipi yayılmışdır. Azәrb.-ın bir sıra zonasında müvәqqәti E.- lәr (alaçıq, çadır, qarakeçә, muxur) qurulurdu. Sonrakı dövrlәrdә pәncәrәli, bir-, iki- vә üçmәrtәbәli, kürsülü, 1– 4 vә çoxgözlü, divarları çiy vә bişmiş kәrpicdәn, yonulmuş qaya, yaxud çay daşlarından hörülәn E.-lәr meydana gәldi. E.-lәrin divarlarında buxarı, taxça, rәf (lәmә), yük yeri (camaxatan) vә s. vardı. Bu evlәr eyvansız, adәtәn, balaxana, bir neçә yaşayış otağı, mәtbәx, anbar, tәndirxana, qaramal, at tövlәsi vә -dәn ibarәt olurdu. Bir çox E.-lәrdә mәişәt vә tәsәrrüfat otaqları yaşayış binası kompleksindәn kәnarda tikilirdi. Belә E.-lәr orta әsrlәrdә daha çox şәhәrlәrdә varlı ailәlәr tәrәfindәn istifadә edilirdi. Saray, qәsr, әyan evlәri dә mövcud idi.

    Шяки хан сарайы. Азярбайъан.

    18–19 әsrlәrә aid Şәkidә xan sarayı, Şәkixanovların yaşayış evlәri, Şuşada Pәnahәli xanın sarayı, Əsәd bәy vә Natәvanın evlәri yüksәk memarlıq vә sәnәtkarlıq әsәridir (әtraflı bax “Azәrbaycan” xüsusi cildi).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç