EV GÖBƏLƏKLƏRİ – tikililәrdә oduncağı çürüdәn bazidili göbәlәklәr qrupu. 50- yәdәk növü var. Əsl E . g. vә ağ E . g. digәr E.g.-ndәn çox zәrәr verir. Serpula minor, Paxillus panuoides, Coriolus vaporarius, Coriolellus serialis, Coniophora cerebella vә s. E.g. az zәrәrlidir. E.g. xarici görünüşünә vә meyvә cisminin mikroskopik xüsusiyyәtlәrinә görә müәyyәn edilir. Oduncağın hәddindәn artıq rütubәtli olması E.g.-nin inkişafına sәbәb olur.