Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EV PİŞİYİ

    EV PİŞİYİ – pişiklәr cinsindәn әhlilәşdirilmiş mәmәli; әn çox yayılmış ev heyvanlarından biri. Belә qәbul olunmuşdur ki, E. p. Aralıq dәnizi ölkәlәrindә, Şimal-Qәrbi Çin dә daxil olmaqla Ön, Mәrkәzi vә Orta Asiyada yaşayan meşә pişiyinin Liviya yarımnövündәn törәmişdir. Pişiyin әhlilәşdirilmәsinin әsas sәbәbi onun taxıl ehtiyatlarını vә digәr azuqәlәri gәmiricilәrdәn sәmәrәli qorumaq qabiliyyә Ehtimala görә, pişik Qәdim Misirdә e. ә. 3-cü minillikdәn qabaq әhlilәşdirilmişdir. Bәzi tәdqiqatçıların fikrincә, E.p.-nin bir neçә müstәqil әhlilәşdirilmә mәrkәzi olmuşdur. Kritdә e. ә. 2-ci minilliyә aid üzәrindә pişik tәsviri olan mәmulat aşkar edilmişdir; qәdim Urartu dövlәtinin әrazisindә qazıntılar zamanı tapılmış E.p.-nin skeleti e. ә. 7 әsrә aid edilir. Ezopun (e. ә. 6 әsr) tәmsillәrindә E. -nin adının çәkilmәsi Cәnubi Avropada onun meydana gәlmәsinә sübutdur. E. p.-nin tәsvirlәri olan yunan incәsәnәti әşyaları da bu dövrә aid edilir. E.p.-nin Avropanın şm.-ına yayılmasını Roma imperiyasının istila etdiyi torpaqlarda müstәmlәkә mәskәnlәrinin arxeoloji qazıntılarına әsasәn öyrәnmәk olar. Cәnub-Şәrqi Asiyada E.p.-nin yayılma, xüsusilә onun Çindә meydana gәlmә vaxtı müxtәlif mәnbәlәrdә e. ә. 2-ci minillikdәn 4 әsrәdәk dәyişir. Ehtimala görә E.p. Yaponiyaya Çindәn  (digәr  mәlumatlara  görә, Mancuriya vә Koreyadan) eramızın 6 әsrindә gәlmişdir. Yaponiyada E.p.-nin meydana gәlmәsinin rәsmi hesablanması bu ölkәnin imperatoruna pişik balasını hәdiyyә kimi gәtirildiyi eramızın 999 ilindәn aparılır. Peruda e. ә. 1000– 400 illәrә aid edilәn mәskәn qazıntıları zamanı üzәrindә pişik tәsvirlәri olan heykәllәr vә müxtәlif avadanlıqlar aşkar edilmiş, asteklәrin mәdәniyyәtindә, hәmçinin tüksüz pişiklәrә oxşayan heyvan tәsvirlәri tapılmışdır. Bu dәlillәrә baxmayaraq, Kolumbaqәdәrki Amerikanın qәdim sivilizasiyalı xalqlarında E.p.-nin olması sübut edilmәmişdir. Ehtimal edilir ki, E.p. ilk dәfә Yeni Dünyaya eramızın 16 әsrindә (avropalıların ekspansiyasının başlanğıcında) gәlib çıxmışdır; lakin E.p.-nin kütlәvi immiqrasiyası 18 әsrdә oldu. Yeni әrazilәrin müstәmlәkәyә çevrilmәsi nәticәsindә E.p. praktiki olaraq bütün dünyaya yayıldı. Antarktida onun aparılmasının qadağan edildiyi yeganә qitәdir. Pişik surәtinin müxtәlif mifoloji mәnaları vardı: onu ilahilәşdirir (mәs., Qәdim Misirdә), şeytanın kömәkçisi hesab edirdilәr (Avropada 16 –17 әsrlәr, Yaponiyada 15 әsrin sonlarında vә s.).

    E.p. ilә seleksiya işi B. Britaniyada 19 әsrin ortalarında başlanmışdır. 21 әsrin әvvәllәrindә dünyada E. p.-nin tәqr. 70 cinsi olmuşdur. Tәbii populyasiyalar (tәbii adlanan meyn-kun, Norveç meşә pişiyi, Sibir pişiyi vә s.), spontan mutasiyalar (tüksüz pişiklәr, Amerika körli, rekslәr), seleksion seçmә (Hәbәşistan pişiyi, Balineziya pişiyi, Bombey pişiyi, Misir mausu, İran pişiyi, reqdoll vә s.) vә hibridlәşmә (mәs., Benqal pişiyi) әsasında formalaşan cinslәr ayırd edilir. Tük örtüyü tipinә görә E. p. uzuntüklü (İran pişiyi), yarımuzuntüklü [Ankara pişiyi (türk anqorası), Sibir pişiyi, Birma pişiyi vә s.), qısatüklü (Britaniya pişiyi, Misir mausu, Siam pişiyi, oseket vә s.) vә tüksüz (mәs., Don sfinksi)] olur; bölgü genotiplә müәyyәnlәşdirilir. E. p. rәnglәrinә görә 10 şәrti qrupa ayrılır: saya, yaxud birrәngli; tısbağarәngli; bozumtul; gümüşü; qızılı; tebbi; qızılı tebbi; gümüşü tebbi; ağ qarışıq; poynt. Saya rәnglilәrә: ağ, qara, mavi, qәhvәyi, bәnövşәyi, qırmızı, açıqsarı, darçını vә favn (sonuncu iki rәng bej rәnginin çalarlarıdır) aiddir. Tısb ağa rәng li lә rә yalnız dişi pişiklәr arasında rast gәlinir. Bozumtu l, gümüşü vә qızı lı rәnglilәr üçün yalnız bәdәnin yuxarı hissәsindәki müxtәlif enlilikdә (tipinq adlanan) olan baza rәngli tüklәr, bәdәnin aşağı hissәsindәki bozumtul vә gümüşü rәnglilәrdә ağ vә qızılı rәnglilәrdә sarımtılbuğdayı rәnglәr sәciyyәvidir. Tebbi rәnglәri tüklәrin uzunu boyu (tikkinq) müxtәlif piqmentasiya zonalarının növbәlәşmәsini fәrqlәndirir, bunun nәticәsindә tüklәrin ümumi fonunda naxışlar (mәrmәr sәth, pәlәng dәrisi kimi zol-zol, yaxud xallı) yaranır, hәmçinin naxışsızlar da olur. Ağ vә rәngli tüklәrin nisbәtinә görә fәrqlәnәn qarışıq rәng qruplarına van, arlekin, bikolor, hәmçinin poynt rәnglilәrdә ağ lәkәlәrin olması ilә sәciyyәlәnәn mitted daxildir. Poynt rәnglәr üçün bәdәnin sifәt, qulaq, ayaq, quyruq vә xaya hissәlәrinin intensiv rәnglәri sәciyyәvidir; bu qrupa daxil olan rәnglәr (burman, tonkin, siam, yaxud kolorpoynt, Himalay) bәdәn vә qaşqa (nişan) rәnglәri arasında tәzad tәşkil edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç