DOQQUZ – İrәvan xanlığının Karbibasar mahalında (9.9.1930 ildәn Vağarşabad, 12.3.1945 ildәn Eçmiәdzin r-nu) azәrb.-ların yaşadığı kәnd.
Türkmәnçay müqavilәsindәn (1828) sonra buraya İranın Xoy vә Salmas vil.-lәrindәn ermәnilәr dә köçürülüb yerlәşdirilmişdir. 1918 ildә ermәnilәrin tәcavüzünә mәruz qalan kәnddәn azәrb.-lılar qovulub çıxarılmışdır. Sovet dövründә kәndin adı dәyişdirilәrәk Doğs qoyulmuşdur.