DOQQUZ, Q a h a b l ı – İrәvan xanlığının Gәrnibasar mahalının (9.9.1930 ildәn Qәmәrli, 4.9.1945 ildәn Artaşat r-nu) düzәnlik hissәsindә, Gәrni çayının sol kәnarında azәrb.-ların yaşadığı kәnd. İrәvan xanlığı Rusiya tәrәfindәn işğal olunduqdan sonra 1828–30 illәrdә kәnddә İrandangәlmә xeyli ermәni ailәsi yerlәşdirilmişdir. 1918 ildә ermәni daşnakları tәrәfindәn kәnddәn qovulub çıxarılmış azәrb.-lar Cәnubi Azәrbaycan әrazisinә sığınmış, 1922 ildә isә geri dönmüşlәr. 1949 ildә kәndin bütün azәrb. әhalisi Azәrb.-a – Şәmkir r-nunun Çinarlı k.-nә deportasiya olunmuşdur. 20.8.1945 ildә kәndin adı dәyişdirilәrәk Kanaçut qoyulmuşdur.