“DÓLÇE STİL NUÓVO” (İtal. – yeni lәtafәtli üslub) – 1260–1330-cu illәr italyan poeziyasında mәktәb. Bolonyada yaransa da, Toskanada inkişaf etmişdir. Öz adını Dantenin “İlahi komediya”sının (“Әraf”, ХХIV, 57) bir misrasından almışdır. “D.s.n.” şairlәri (Q.Qviniselli, Q.Kavalkanti, Dante, Çino da Pistoya, L.Canni, C.Alfani, C.Freskobaldi vә b.) Provans vә Siciliya poeziyasının әnәnәlәri әsasında mücәrrәdülvi mәhәbbәt lirikası yaratmışlar. “D.s.n.” poeziyasında mәhәbbәt vәhyә bәnzәdilir, qadın (donna) isә әn ali nemәtin rәmzi hesab edilir; mәktәbin adındakı “yeni” sözü az qala dini mәna kәsb edәrәk aşiqin qәlbinin dәyişmәsini, yenilәnmәsini әks etdirir. “D.s.n.” poeziyası onun tәcrübәsini mәnimsәmiş F.Petrarka vasitәsilә bütün yeni Avropa poeziyasına tәsir göstәrmişdir.
Әd.: Т о п о р о в а А.В. Ранняя итальянская лирика. М., 2001.