EV SİÇANI (Mus musculus) – siçankimilәr fәsilәsinin eyniadlı cinsindәn mәmәli heyvan. Bәdәninin uz. 11 sm-әdәk olur. Belinin rәngi boz-qәhvәyi, sarımtıl, tünd-sarı, qarnı açıq rәnglidir. Tәbii biotoplarda E.s. bozqır vә meşә-çöl zonalarında, hәmçinin sәhra vahәlәrindә yaşayır. İnsanların ardınca Antarktida istisna olmaqla, bütün Yer kürәsindә mәskunlaşmışlar. Politipik növ bir sıra formalara ayrılır: Mus musculus musculus (Şimal vә Şәrqi Avropa, Şimali Asiya), M. musculus domesticus (Qәrbi vә Cәnubi Avropa, Şimali Afrika, Kiçik Asiya, Şimali vә Cәnubi Amerika, Avstraliya vә Okeaniya), M. musculus praetextus (Hindistandan q.-ә doğru bütün subtropik Asiyadan Misirә qәdәr), M. musculus castaneus (Şәrqi Hindistan, Nepal, Birma, Cәnub–Qәrbi Asiya, Çindәn Filippinәdәk) vә s. Bәzi formaları hibrid hesab olunur. Əsasәn toxumlarla qidalanır, rasionuna bitkilәrin yaşıl hissәlәri vә hәmçinin cücülәr dә daxildir. Uzun müddәt yemin tәrkibindә olan su ilә keçinә bilәr. Tәk-tәk, yaxud qruplarla yaşayır; insanların yaşadığı tikililәrdә, xüsusilә anbarlarda xeyli artıb çoxalırlar. E.s. il boyu arta bilirlir. Bir ildә dişi fәrd hәr dәfә 10 –12 bala vermәklә, 4 dәfәdәn çox balalayır (nәzәri olaraq bir cüt fәrddәn yarım il әrzindә 60-dan çox nәsil alına bilәr). Bәzi bozqır vә yarımsәhra zonalarda E.s.-nın kütlәvi çoxalması ( “siçan bәlası”) mәlumdur; dövri sürәtli artma (“siçan taunu“) Avstraliyanın c. r-nları üçün dә sәciyyәvidir. E.s. k.t. bitkilәrinә (xüsusilә taxıllara) zәrәr verir, anbarlarda әrzaq mәhsullarını korlamaqla, texniki qurğuları, paltarları, ayaqqabıları, kitabları vә s. zәdәlәmәklә insanlara ciddi ziyan Bir sıra tәhlükәli yoluxucu xәstәliklәrin (hemorragik qızdırma, psevdotuberkulyoz, leptospirozlar, tulyaremiya, taun) yayılmasında iştirak edir; E.s. tibb-bioloji eksperimentlәrin (vaksinlәrin, tibbi preparatların sınaqdan keçirilmәsi) aparılması zamanı laboratoriya heyvanı kimi istifadә edilәn siçanların tәmiz xәtlәrinin alınması üçün ilkin material olmuşdur.
Ев сичаны (Mus musculus).