Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVALD Herinq

    EVALD Herinq (Ewald Hering) (5.8.1834, Althersdorf, Almaniya – 26.1.1918, Leypsiq, Almaniya) – alman fizioloqu. Almaniya EA üzvü (1869), Peterburq EA-nın әcnәbi   m.   üzvü (1905). Leypsiq Un-tindә tibb tәhsili  almış  (1853–58), әvvәllәr praktik hәkim işlәmiş, Leypsiq Un-tindә dosent (1862), Vyanada İosif Tibb Cәrrahlıq Akademiyasında tibb, fizika vә fiziologiya prof.-u (1865) olmuşdur. Y.Breyerlә birgә azan sinirin qıcıqlanması zamanı tәnәffüsün reflektor dәyişmәsini öyrәnmişdir. 1882 ildә Praqada Alman Un-tinin ilk rektoru tәyin edilmişdir. E. eksperimental qavrama psixologiyasının pioneridir. Əsas tәdqiqatları psixofizikaya aiddir, eyni zamanda gözün mәkanı qavrama qabiliyyәtini tәdqiq etmiş vә Q.Helmholtsdan fәrqli olaraq nativistik nәzәriyyәsinә tәrәfdar çıxmışdır. 1905 ildәn başlayaraq dördhissәlik “İşığa hәssaslıq nәzәriyyәsinin prinsiplәri”ni nәşr etdirmişdir. E. Fexnerin psixofizika qanununun әksinә yeni rәnglәr nәzәriyyәsini yaratmış (1875) vә göstәrmişdir ki, rәnglәri fәrqlәndirmә üç keyfiyyәti (ağ-qara, qırmızı-yaşıl, sarı-göy) qavranan tor qişanın üç tip hüceyrәlәrindәn keçәn assimilyasiya vә dissimilyasiya proseslәri ilә әlaqәdardır. Rәngqavramanın E. modelini sonralar amerikan alimlәri David Hubel (David H.Hubel) vә Torsten Vayzel (Torsten N.Wiesel) tәsvir etmiş vә bu işә görә Nobel mükafatı almışlar (1981). E.ın, hәmçinin “Das Gedächtniss als eine allgemeine Funktion der organisirten Materie” (Vyana, 1870, 1876) әsәri dә mәşhurdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç