ÉVANS Artur Con (8.7.1851, Hartfordşir, Nәş-Mills – 11.7.1941, Oksford, Yulberi) – ingilis arxeoloqu. Oksfordda Aşmol muzeyinin direktoru (1884 – 1908), Oksford Un-tinin prof.-u (1909 ildәn), Britaniya akademiyasının prezidenti (1916 –19) olmuşdur. Krit a.-nda qazıntılar zamanı (1899–1930 illәrdә fasilәlәrlә) Knoss sarayını aşkar etmiş, adanın Tunc dövrü maddi mәdәniyyәtini (saray vә tәsәrrüfat komplekslәri, sәnәt әsәrlәri, piktoqrafik vә xәtti yazılı gil lövhәciklәr) tәfsilatı ilә öyrәnmişdir. İlk dәfә qәdim kritlilәrdә “finikiyalılaraqәdәrki” piktoqrafik vә xәtti yazının mövcud olduğunu sübut etmişdir. E. әvvәllәr mәlum olmayan ellinlәrәqәdәrki mәdәniyyәti Minoy mәdәniyyәti adlandırmış vә bu mәdәniyyәt üçün müәyyәn etdiyi dövr (e.ә. 3000–1100) vә mәrhәlәlәr (qәdim, orta, son Minoy) hazırda da qüvvәdәdir (bax Krit-Mikena mәdәniyyәti). E. arxeoloji mәlumatlar әsasında Krit cәmiyyәtinin dövlәt quruluşunu, dinini vә inkişaf mәrhәlәlәrini müәyyәnlәşdirmişdir.