ÉVANSVİLL (Evansville) – ABŞ-da İndiana ştatında şәhәr. Əh. 119,5 min (2016). Ohayo çayı sahilindә port. Nәql. qovşağı. Mühacirlәr tәrәfindәn tәqr. 200 il bundan әvvәl salınmışdır. Şәhәrin әsasını qoyan şәxslәrdәn biri – R.M.Evansın (1783– 1844) şәrәfinә adlandırılmışdır. 1847 ildә şәhәr statusunu almışdır. Böyük göllәri Ohayo çayı ilә birlәşdirәn Eri kanalının tikintisinin başa çatması ilә şәhәrin inkişafı sürәtlәndi. 1850 ildә E. d.y.-nun ilk şirkәti tikildi. İkinci dünya müharibәsi zamanı E. nәhәng desant gәmilәrinin vә tәyyarәlәrin iri istehsalçısı idi. 1950-ci illәrdә Toyota vә poladәritmә z-dları açıldıqdan sonra şәhәrdә sәnaye istehsalı sürәtlә inkişaf etdi.
Evansvill un-ti (1854), Cәnubi İndiana Un-ti (1965), elm, incәsәnәt, tarix muzeyi, Vanderburq kütlәvi kitabxanası (1848), Viktoriya teatrı (1921); Mesker zooparkı vә botanika bağı fәaliyyәt göstәrir. Elektrotexnika avadanlığı, avtomobil hissәlәri, soyuducular istehsal olunur; yeyinti, kimya, mebel vә s. sәnaye sahәlәri var.
Евансвилл шящяриндян эюрцнцш.