EVDEMONİZM (yun. eudaimonia – xoşbәxtlik) – xoşbәxtliyi әxlaqi fәaliyyәtin daxili hәrәkәtverici qüvvәsi vә son mәqsәdi hesab edәn tәlim. Antik filosofların etik tәlimlәrindә yaranmışdır. “E.” anlayışını elmә İ.Kant gәtirmişdir. İntibah dövrünün mütәfәkkirlәri vә fransız materialistlәri E.in tәrәfdarları olmuşlar. E. taleyin hökmündәn daxili azadolmanın, öz tәlәbatını mәhdudlaşdırmanın vә asketizm vasitәsilә cismani lәzzәtlәrdәn asılılığı minimuma endirmәyin әhәmiyyәtini vurğulayır; xoşbәxtliyi axirәt dünyasında deyil, yer üzәrindә görür.