EVDÓKS, Knidli Evdoks (Eΰδοξος ό Kνίδος) (e.ә.tәqr. 408, Knid ş.– e.ә. tәqr. 355, orada) – qәdim yunan astronomu vә riyaziyyatçısı. Misirdә kahin-astronomlardan dәrs almışdır. Mәrmәrә dәnizinin sahilindә yerlәşәn Kniddә rәsәdxana qurmuş, oradan göy cisimlәrinin hәrәkәtini sistematik olaraq müşahidә etmiş, riyaziyyatçı vә astronomların elmi mәktәbinin әsasını qoymuşdur. Bu en dairәsindә yerlәşәn (tәqr. 40° 30¢) bürclәri “Güzgü” vә “Hadisәlәr” әsәrlәrindә tәsvir etmişdir. Dünyanın ilk kinematik modelini (homosentrik sferalar sistemi) qurmuş vә onun kömәyilә “hippopeda” әyrisi (hәrfi mәnada – sәkkizlik formasında atın buxovu) şәklindә Yupiterin düz vә geriyә hәrәkәtini tәsvir etmişdir. E. “Yerin әtrafına dolanma” әsәrinin (bu günә gәlib çatmayıb) müәllifi kimi tanınır. İlk dәfә Yer sәthinә göy tropiklәrinin vә “Arktika dairәsinin” proyeksiyasını edib. E. onların arasındakı sahәlәri hәyat üçün yararlı saymış, hәm dә Yerin en dairәsini tәyin etmәk üçün iqlim anlayışını (yun. χλίμα – meyil) vermişdir. Aristotelin müşahidәlәr әsasında Yerin kürә şәklindә olmasının isbatı vә onun ölçülәrinin qiymәti (mәnbәyә әsaslanmadan) ehtimal ki, E.-a mәxsusdur. Arximed qeyd edirdi ki, Ay vә Günәşә qәdәr olan mәsafәnin nisbәtini (1:12) E. hesablamışdır. O, hәmçinin nisbәtlәrin vә tәnasüblәrin ümumi nәzәriyyәsini işlәyib hazırlamışdır (Evklidin 5-ci “Əsaslar” kitabında izah olunub); tükәnmә üsulunun isbatı da ona aiddir.