EVE DİLİ – Evelәrin dili. Niger-Kordofan makroailәsinin Kva ailәsinә daxildir. Qana, Toqo, Benin vә Nigeriyada yayılmışdır. Bu dildә tәqr. 6 mln. adam danışır (2013). Anlo (avun), uaçi, adya, qun, fon, maxi vә s. dialektlәri var. Fon vә uaçi әn böyük dialektlәri hesab olunur. Fonetikasında partlayan vә sürtünәn sәslәr üstünlük tәşkil edir. Burun samitlәrinin fonem statusu yoxdur, onlar burun saitlәri ilә qovuşan digәr samitlәrin allofonlarıdır. Cümlәdә sözlәrin sırası Subject → Verb → Object – Subyekt (mübtәda) → Feil→ Obyekt şәklindә olur. Sifәt, say, işarә vә nisbi әvәzliklәr әsas isimdәn sonra gәlir, E. dilindә zәngin silsilә feil konstruksiyaları sistemi mövcuddur. Əldә olan әn qәdim yazısı 19 әsrin sonuna aiddir. Yazıda latın qrafikasından istifadә olunur. Bәzi hәrflәr Beynәlxalq fonetik әlifbadan götürülmüşdür.