EVÉN DİLİ, lamu dili – evenlәrin dili. Altay dil ailәsinin tunqus-mancur qrupuna daxildir. Bu dildә tәqr. 15 minә qәdәr adam danışır. Bir neçә şivәsi var. Qrammatik quruluşca iltisaqi dildir. İsmin 13 halı, feilin 15 tәrzi, 6 növü var. Mürәkkәb cümlә yox dәrәcәsindәdir. 1931 ildә latın qrafikası әsasında әlifba tәrtib edilmiş, 1936 ildәn Kirill qrafikasına keçilmişdir.
Əd.: Цинециус В.И. Очерки грамматики эвенского языка. Л., 1947.