EVENK DİLİ, tunqus dili – evenklәrin dili. Altay dil ailәsinin tunqus-mancur qrupuna daxildir. Bu dildә tәqr. 60 minә qәdәr adam danışır. Şm., c. vә ş. dialektlәrivar. Ahәng qanunu möhkәmdir. Qrammatik quruluşca iltisaqi dildir. İsmin 13 halı var. Feil formaları zәngindir, lakin zaman forması yoxdur. 1931 ildә latın qrafikası әsasında әlifba yaradılmış, 1937 ildәn Kirill qrafikasına keçilmişdir.
Əd.: Константинова А.Н. Эвенкийский язык. М., – Л., 1964.