DOLERİT (yun. δολερός – yalançı, dioritlә makroskopik oxşarlığına görә adlandırılıb) – әsasi tәrkibli (SiO2 45–52%) effuziv maqmatik vә ya hipabissal süxur, bazaltın tam kristallik analoqu. Plagioklaz (bitovnitdәn andezinә qәdәr), piroksen, nadir halda olivin vә kvars, ikinci dәrәcәli vә aksessor minerallardan – maqnetit, ilmenit vә apatitdәn ibarәtdir. Xarici әdәbiyyatda “D.” termini adәtәn diabazın sinonimi kimi istifadә olunur, rus әdәbiyyatında yalnız dәyişilmiş (paleotip) D. diabaz adlanır. Rәngi tünd boz, yaşılımtıl-qaradır. Massiv teksturlu, tam kristallik, dәnәvәr, dolerit strukturludur. Olivinli vә kvarslı növlәri var. Sill, dayka, ştoklar әmәlә gәtirir. Kontinentlәrin rift zonası vә qırışıq vilayәtlәrindә, platformalarda (trapplar) vә s. geniş yayılmışdır. İnşaat vә üzlük materialı kimi istifadә olunur.