Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVENKLƏR

    EVÉNKLƏR   (özlәrini   evenkil    –“adam, insan” adlandırırlar) – RF, Çin vә Monqolustanda, Rusiyada xalq. Ş.-dә Oxot dәnizi sahillәrindәn q.-dә Yenisey çayınadәk, şm.-da Şimal Buzlu okeanından c.-da Baykalәtrafı vә Amur çayına qәdәr uzanan әrazilәrdә mәskunlaşmışlar. 2010 il siyahıyaalmasına görә, Saxa (Yakutiya) Resp.-nda (20782 nәfәr), Krasnoyarsk diyarının Turuxansk r-nunda (4177) vә Evenk r-nunda (3474), Buryatiya Resp.-nda (2925), İrkutsk vil.-ndә (1241), hәmçinin Çindә (39534; Xeylunszyan әyalәtindә 6591), Daxili Monqolustanda (29771) vә Monqolustanda (1000) yaşayırlar. Ümumi sayları 77 min nәfәrdir. E.-in yerli adları: Baykalarxası-Amur E.-i – oroçenlәr (Oro çayının adından, yaxud “oron” – maral sözündәndir), ilelәr (“adamlar”) – Katanqa vә Yuxarı Lena E.-i; Oxot dәnizinin sahillәrindә yaşayan kilenlәr vә s. Çinlilәr E.-i kilinlәr, silinlәr, o-lunçunlar (“oroçen” sözündәn), mancurlar oroçnunlar, monqollar xamneqanlar, tatarlar vә yakutlar tonquslar adlandırırlar.

    Altay dil ailәsinin tunqus-mancur qrupuna aid evenk dilindә danışırlar. Dialektlәri  iki  qrupa  bölünür:  şimal  –  Aşağı Tunquska vә Aşağı Vitim çaylarından c.-

    da, şәrq – Vitim vә Lena çaylarından ş.-dә. Rus, yakut vә buryat dillәri dә yayılmışdır. Dindarları xristiandır.

    E. eramızın 1-ci minilliyinin sonlarında Baykalәtrafı vә Baykalarxası әrazilәrdәn gәlmiş tunqus tayfalarının Şәrqi Sibirin yerli әhalisi ilә qaynayıb-qarışması nәticәsindә tәşәkkül tapmışdır. Nәticәdә -in ayrı-ayrı tәsәrrüfat-mәdәni tiplәri – “piyada” (ovçular), “marallı”, oroçen (maralçılar), atlı vә Baykalarxasında xamneqanlar kimi tanınan murçenlәr (atçılar), solonlar, onqkorlar, Orta Amuryanıda birarçenlәr (birarlar), manyagirlәr, kumarçenlәr (Kumar çayı boyu) vә s. formalaşmışdır. Ruslarla ilk dәfә 1606 ildә tәmasda olmuş E. artıq 17 әsrin ortalarında onlara yasaq ödәmәyә başlamışdılar. 17 әsrdәn etibarәn ruslar, yakutlar vә buryatlar tәrәfindәn Orta Vilyuy, Anqara, Biryusa, Yuxarı İnqoda, Aşağı vә Orta Barquzin boyundan, hәmçinin Amurun sağ sahilindәn sıxışdırılmışlar, maneqrlәr vә birarlar Şimali Çinә köçmüşlәr. 19 әsrdә E. Aşağı Amurboyunda vә Saxalindә, bir hissәsi isә Yeniseyboyunu tәrk edәrәk Taz vә Ob çaylarının sahillәrindә mәskunlaşmışlar. E. ruslar, yakutlar, monqollar, buryatlar, daurlar, mancurlar vә çinlilәr tәrәfindәn qismәn assimilyasiyaya (xüsusilә Vilyuy, Olenyok, Anabar vә Aldan çayları boyu әrazilәrdә) mәruz qalmışlar.

    19 әsrin sonlarında E.-in sayı 63 min nәfәr idi, onlardan “sәrsәri”lәr (ovçular) 28,5 min, köçәrilәr (atlılar) 29,7 min nәfәr idilәr; 20 әsrin әvvәllәrindә Çindә 10,5

    min, Monqolustanda tәqr. 2 min, 1926–27 illәrdә keçirilәn siyahıyaalmaya görә, keçmiş SSRİ-dә 17,5 min evenk yaşayırdı.

    “Piyada” vә ya “oturaq” E.-in әsas mәşğuliyyәti maral, sığır, cüyür, kabarqa, ayı vә s. ovudur. Sonralar heyvan xәzinin satışı üçün ov yayılmışdı. Ov mövsümü payızdan yazadәk davam edirdi. Tayqada müxtәlif xizәk növlәrindәn (kinqne, kiqle) istifadә olunurdu. Maralçılar ova maral belindә çıxırdılar.

    Maralçılıq, әsasәn, nәql. әhәmiyyәti daşıyırdı. Maraldan minik, yükdaşıyan vә qoşqu vasitәsi, hәmçinin sağmal heyvan kimi istifadә olunurdu. Qış ov mövsümü bitdikdәn sonra, adәtәn, bir neçә ailә birlәşәrәk maralların balalaması üçün münasib yerlәrә köçürdülәr. Onlar yay әrzindә maralları örüşә çıxarır, qışda isә ov mövsümündә marallar ovçu köçәbәlәrin yanında otlayırdılar. Yayda suayırıcılarda, qışda çayboyu әrazilәrdә yaşamağa üstünlük verirdilәr. E.-in bәzi qrupları müxtәlif tipli nartalardan (nenlәr vә yakutlardan mәnimsәnilmiş) istifadә edirdilәr. Atlı E. at, dәvә vә qoyun yetişdirirdilәr. Balıqçılıq yardımçı tәsәrrüfat olsa da bәzi әrazilәrdә (Baykalın әtrafında, Oxot dәnizi sahillәrindә vә s.) әmtәә yönümlü idi. Oxot dәnizi sahillәrindә vә Baykalda hәmçinin suiti ovu ilә mәşğul olurdular. Su üzәrindә sallar (temu), ikipәrli avarı olan oyma qayıqlar (onqoço, utunnqu) vә tozağacı qabığından düzәldilmiş qayıqlar (dәv) vasitәsilә üzürdülәr. Oroçenlәr köç zamanı çay sahillәrindә karkasına sığır dәrisi çәkilmiş qayıqlardan (mureke) istifadә edirdilәr. Dәri vә tozağacı qabığının emalı (qadınlar arasında) vardı; dәmirçilik (o cümlәdәn sifarişlә) ruslar buralara gәlmәzdәn әvvәl mövcud idi. Baykalarxası vә Amurboyunda E. qismәn oturaq әkinçiliyә vә maldarlığa (qaramal) keçirdilәr. Müasir E., әsasәn, әnәnәvi ovçuluğu vә maralçılığı saxlayırlar. 1930-cu illәrdә maralçılıq kooperativlәri yaranır, oturaq qәsәbәlәr salınır, әkinçilik (tәrәvәz, kartof, c.-da arpa, yulaf) yayılırdı. 1990-cı illәrdә E. qәbilә icmalarında birlәşmәyә başladılar.

    Евенкляр яняняви “Болдйор” (“Эюрцш”) байрамында. Бурйатийа.

    Ənәnәvi yemәklәrinin әsasını әt (vәhşi heyvanların, atlı E.-dә isә at, dәvә vә qoyun әti) vә balıq tәşkil edir. Yayda maral südü, gilәmeyvә, yabanı sarımsaq vә soğandan istifadә edirdilәr. Çörәk mәmulatları var. Əsas içkilәri çaydır (bәzәn maral südü vә ya duz ilә). Köçәbәlәri qışda 1–2, yayda 10, bayramlarda isә daha çox çumdan (dyu) ibarәt idi. E. hәmçinin yarımqazmalarda, kәrtmә evlәrdә, yakut tipli yurt balaqanlarda, buryat tipli yurtlarda vә s.-dә yaşamışlar.

     Ənәnәvi geyimlәri rovduqdan (zamşadan) vә ya mahuddan olan şort (xerxi), çәkmә (aramus, qurumi), maral dәrisindәn düymәsiz kaftan vә döşlükdәn ibarәtdir.

    E.-in icmaları yayda örüşә çıxmaq vә bayram tәdbirlәri keçirmәk üçün birlәşirdilәr. Bir neçә qohum ailә birlәşmәsinin sayı 15 nәfәrdәn 150 nәfәrәdәk olurdu. E.-dә kollektiv bölüşdürülmә, qarşılıqlı yardım, qonaqpәrvәrlik yayılmışdır. Ovçunun öz qәnimәtinin bir hissәsini qohum vә qonşulara vermәk adәti (nimat) 20 әsrin әvvәllәrinәdәk qorunub saxlanılırdı. 19 әsrin sonlarında kiçik ailә üstünlük tәşkil edirdi. Əmlak kişi xәtti üzrә miras verilirdi. Valideynlәr, adәtәn, kiçik oğulları ilә qalıb yaşayırdılar. Nikah başlıq pulu vә ya gәlinә görә işlәyib ödәmә ilә müşayiәt olunurdu. Levirat, hәmçinin çoxarvadlılıq (varlılar arasında) mәlum idi. 17 әsrәdәk ağsaqqallar tәrәfindәn idarә olunan 360 ata nәsli (hәrәsindә orta hesabla 100 nәfәr olmaqla) mövcud idi.

    Ruhların kultu, ov vә qәbilә kultları, şamanizm qorunub saxlanılırdı. 17 әsrin sonunda E.-in ruslar tәrәfindәn xristianlaşdırılması başlandı. Baykalarxası vә Amurboyu bölgәlәrdә buddizmin tәsiri güclü idi.

    Folklorları improvizә olunmuş mahnılar, mifoloji vә tarixi dastanlar, heyvanlar haqqında nağıllar, tarixi vә mәişәt rәvayәtlәri vә s.-dәn ibarәtdir. Oyunlar gülәş, atıcılıq, qaçış vә s. üzrә yarış xarakteri daşıyırdı. Ağac vә sümük üzәrindә oyma, metal emalı (kişilәr), tozmuncuq tikmә, şәrqi E.-dә ipәk üzәrindә tikmә, xәz vә parça ilә qurama, tozağacı qabığı üzәrindә naxışbasma (qadınlar) inkişaf etmişdir.

    1930-cu  illәrdәn  mәktәblәrdә  tәdris evenk dilindә dә aparılır. Milli ziyalılar formalaşır. Onlar hәmçinin evenk folklorunun toplanması vә nәşri ilә mәşğuldurlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç