Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVENLƏR

    EVENLƏR,   lamular    (“dәnizkәnarı әhali”, evenk dilindә “lamu” – dәniz) – RFdә xalq. Lokal qruplar şәklindә Saxa (Yakutiya) Resp.-nda (14914 nәfәr), Maqadan vil.-ndә (2555), Çukotda (1392), Kamçatka diyarının Koryak dairәsindә (1848) vә Xabarovsk diyarının Oxot r-nunda (1104) yaşayırlar. Ümumi sayları 22 min nәfәrdir (2010). Even dili Altay dil ailәsinin tunqusmancur qrupuna aiddir; 3 lәhcәyә (şәrq, orta vә qәrb) daxil olan 10-dan çox şivәlәri var. E.-in 52,5%-i rus dilindә sәrbәst danışır. Dindarları xristiandır.

    Tunqus tayfalarının (E.-in, evenklәrin vә b.-nın әcdadları) Baykalәtrafı vә Baykalarxasından köçәrәk Şәrqi Sibirdә mәskunlaşması eramızın 1-ci minilliyindә başlamışdır. Mәskunlaşma zamanı E.-in tәrkibinә sonralar yakutlar tәrәfindәn qismәn assimilyasiya edilmiş yukagirlәrin bir hissәsi dә qatılmışdır. Yakut dilinin tәsiri ilә even dilinin qәrb lәhcәsi formalaşmışdır. 17 әsrdәn rusların tәsirinә mәruz qalmışlar. 20 әsrin 20-ci illәrindәn E.-in çox hissәsi oturaq hәyata vә kütlәvi surәtdә ikidilliliyә keçmişdir.

    1931 ildә latın, 1936 ildә isә kiril әlifbası әsasında yazı sistemi yaradılmışdı. 1990cı illәrdәn E.-in mәdәniyyәtinin vә dilinin bәrpasına yönәlmiş fәal siyasәt yürüdülür. Even dilindә radioverilişlәr yayımlanır, qәzetlәrdә bu dildә yazılara yer verilir, orijinal vә tәrcümә olunmuş әdәbi әsәrlәr nәşr olunur. Orta vә ali mәktәblәrdә dәrslәr even dilindә dә keçirilir.

    Sibirin daxili kontinental vil.-lәrindә yaşayan E.-in (d o n retken – hәrfi mәnası “daxili”) әnәnәvi tәsәrrüfatı maralçılıq, ovçuluq (vәhşi maral, sığır, dağ qoyunu, xәzlik vәhşi heyvan) vә balıqçılıqdır. Even-namatkanlar (hәrfi mәnası “dәnizkәnarı sakinlәr”) yazda kontinental tayqadan Oxot dәnizi sahillәrinә ova çıxır, payızda isә geri qayıdırdılar. Oxot sahillәrindәki maralsız E. (özlәrini mene – “oturaq” adlandırırlar) isә sahilyanı balıqçılıqla, ovçuluq, o cümlәdәn suiti ovçuluğu ilә mәşğul olur, qoşqu itlәri yetişdirirdilәr. 18 әsrdә Yakutiya vә Kamçatka E.-indә yakutlardan mәnimsәdiklәri atçılıq yayılmışdı. Even maralçılığı üçün maralların sәrbәst kiçiknaxırlı örüşü sәciyyәvidir. Köçlәr zamanı 10–15 km mәsafә qәt edilirdi. Marallar yük vә minik vasitәsi kimi istifadә olunurdu. Nartalar meşә-tundrada yakutlardan, Kamçatka vә Maqadanda isә çukçalar vә koryaklardan mәnimsәnilmişdir. İrinaxırlı әtlik-gönlük maralçılıq da mәlum idi. Maral belindә vә ya xizәklәrlә (kaysar, merenqte) tovlayıcı maral vә ov itinin kömәyi ilә ova çıxırdılar. Sahilyanı balığı (әsasәn, qızılbalığı) tilovla tuturdular. E. balıq torları ilә 20 әsrin 20-ci illәrindә tanış oldular. Balığı qurudur (yukola), ondan toz (porsu) hazırlayırdılar. Çiy vә dondurulmuş balıq da yeyirlәr. Oyulmuş qayıqları qonşu xalqlardan satın alırlar. Yığıcılıqla da mәşğul olurdular. Kişilәr dәmirçilik, sümük vә ağac emalı, dәridәn kәmәr vә kәmәndlәrin, hәmçinin qoşqu lәvazimatlarının hörülmәsi, qadınlar isә maral dәrisinin emalı, o cümlәdәn rovduqanın aşılanması ilә mәşğul olurdular. Dәmir vә gümüşü mübadilә yolu ilә yakutlardan, sonralar isә ruslardan әldә edirdilәr.

    E.-dә iki tip daşınan ev mövcud idi: konusvarı çum – dyu (evenklәrin çumuna bәnzәr olan) vә konusvarı karkaslı çoramadyu. Oturaq E. 18 әsrәdәk qazmalarda (utan) yaşayırdılar. Sonralar kәrtmә evlәr (uran) meydana gәldi. Tәsәrrüfat tikililәrinә dirәküstü anbarlar vә s. aiddir.

    Kişi vә qadın geyimlәri evenk geyimlәrinә yaxındır: düymәsiz kaftanlar, döşlüklәr, yun corablar, untalar. Qış geyimi xәzdәn, yay geyimi isә maral dәrisindәn tikilirdi. Üst geyimlәri saçaq, muncuq, asma zınqırovlar, gümüş sikkәlәr vә s. ilә bәzәdilirdi. Başlarını tozmuncuqla bәzәdilmiş, kip oturan kaporla örtür, qışda isә onun üstünә xәz papaq geyinirdilәr. Qadınlar bәzәn yaylıq da bağlayırdılar. Ənәnәvi kişi geyimlәri tundrada Çukot, meşә r-nlarında isә yakut geyimlәrinin tәsiri ilә aradan qalxsa da, qadın geyimlәri sabitliyini qoruyub saxlayır.

    E.-in әnәnәvi yemәklәri maral vә vәhşi heyvanların әti, balıq, yabanı bitkilәrdәn hazırlanır. Gәtirilmә çay ilә yanaşı, bitki çayları (gül, itburnu, yağıotu) da dәmlәyirlәr.

    E.-dә qohumluğu ata xәtti üzrә hesablanan ekzoqam qәbilәlәr (Kukuyun, Mәmәl, Doyda, Dolqan, Uyaqan, Dutki, Dellәnkin vә s.) mövcud idi. Köçәbә icması bir neçә qohum vә qohum olmayan ailәlәri birlәşdirirdi. Ovçunun öz qәnimәtini icma üzvlәri ilә bölüşmәk kimi qarşılıqlı yardım adәti (nimat) yayılmışdı. Ailәlәr kiçikdir. Nikah başlıq pulu ödәmәklә müşayiәt olunur. Poliginiya vә azyaşlıların adaxlanması mәlumdur. E., öz qәbilәlәri istisna olmaqla, digәr qәbilәlәrdәn olan qadınla evlәnә bilәrdilәr. 18–19 әsrlәrәdәk ağaclarda vә dirәklәr üzәrindә taxta sәkidә dәfn mәrasimi mövcud idi.

    17 әsrin ortalarından pravoslavlığı qәbul etmәyә başlasalar da keçmiş dini inanclarını qoruyub saxlamışlar. Ov kultları, ayı kultu, tәbiәtin sahiblәri hesab olunan ruhlara sitayiş, şamanizm yayılmışdır. Folklorları qәhrәmanlıq dastanı (telenq), tarixi rәvayәtlәr, nağıllar (nemkan), nәğmәlәr (ike) vә s.-dәn ibarәtdir. Hazırda E.-in әnәnәvi bayramları (Evinek, Urkaçak, Maralçı bayramı vә s.) bәrpa olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç