EVKALİPT (Eucalyptus) – mәrsinlәr fәsilәsindәn bitki cinsi. Adәtәn hәmişәyaşıl ağac (hünd. 100 m-ә çatır), yaxud kol bitkilәridir. Yarpaqlarının yerlәşmәsi vә forması yaşından asılı olaraq müxtәlifdir. Yarpaqları hәmişә tamkәnarlı vә әtirlidir (tәrkibindә efir yağı var). Ağ, qırmızı çiçәklәrinin düzgün, ikicinsli, çoxsaylı erkәkciklәri var; çәtirvarı çiçәk qrupunda yerlәşir, alt yumurtalıqlıdır. Meyvәsi, içәrisindә ona bitişik yumurtalıq olan, xırdatoxumlu qutucuqdur. Dünyada 600, Avstraliya, Tasmaniya a. vә әtraf adalarda 525-dәn çox növü mәlumdur. Qafqazın Qara dәniz sahillәrindә 30-dan çox növü (Azәrb.-da 7 növü) becәrilir. 1927 ildәn Azәrb.-ın Zaqatala, Lәnkәran-Astara bölgәlәrindә, Kür-Araz ovalığında vә Abşeronda әkilir. Qiymәtli vә çürümәyә davamlı oduncağına, tez böyümәsinә görә bir çox E.-lәr subtropik vә tropik zonaların demәk olar, bütün ölkәlәrindә becәrilir. Bundan başqa, tәrkibindә aşı maddәlәri olan E.-in qabığı, hәmçinin efir yağları (sineol, pinen) alınan yarpaqları tәsәrrüfat әhәmiyyәtinә malikdir. E. hәlimi, cövhәri vә yağı tibdә yuxarı tәnәffüs yollarının, ağız boşluğunun iltihabı xәstәliklәri zamanı qarqara, yaxalama vә inhalyasiya üçün, hәmçinin yaraların vә bәzi ginekoloji xәstәliklәrin müalicәsi zamanı antiseptik vә iltihabәleyhinә, bәzәn sakitlәşdirici vasitә kimi tәtbiq olunur.
Балгохулу евкалипт (Eucalyptus melliodora), йарпаьы вя чичяйи.