EVKLÁZ (yun. εΰ – yaxşı, asan vә κλάσις – qırılma, parçalanma) – ada silikatlar sinfinin mineralı – AlBe[SiO4](OH). Ge, Mn, Cu, bәzәn Y, B, Sn, Zn, Pb qatışıqları olur. Monoklinal sinqoniyada kristallaşır. Lövhәli, qısa vә uzun prizmatik kristalları, dәrzivarı vә radial-şüalı aqreqatları var.
Açıq-sarı, yaşılımtıl, mavi, ağ vә rәngsizdir. Şüşә parıltılıdır. Sәrtliyi 7,5; sıxlığı 3020 –3100 kq/m3. E. endogen mineraldır. Qranit peqmatitlәrinin boşluqlarında, yüksәk temp-rlu kvars damarları vә qreyzenlәrdә, adulyar, kvars vә flüorit kristalları ilә birgә alp tipli damarlarda rast gәlinir. Əsas yataqları İsveç (Kolsva), Ekvador (AltoMomos), Hindistan (Kәşmir), Tanzaniya (Lukanqazi), Norveç (İvelan), RF (Primorye, Yakutiya, Şәrqi Baykalarxası, Cәnubi Ural) vә Orta Asiyadadır. E. beril filizlәrinin әsas komponentidir.
Евклаз.