Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVKLİD

    EVKLİD (Eύχλείδης) (bәzi mәlumatlara görә e.ә. 325 – e.ә. 265) – qәdim yunan riyaziyyatçısı. Bizә gәlib çatmış riyaziyyatdan ilk traktatların, hәmçinin astronomiya, optika,   musiqiyә aid әsәrlәrin müәllifidir. E.-in tәrcümeyi-halı haqqında mәlumat çox azdır. Onun e.ә. 3 әsrdә elmi fәaliyyәtinin İsgәndәriyyә ilә bağlılığını dürüst hesab etmәk olar. E. İsgәndәriyyә mәktәbinin ilk riyaziyyatçısıdır. “Əsaslar” әsәrindә (lat. forması “Elementlәr”) planimetriya, stereometriya vә әdәdlәr nәzәriyyәsinә dair bәzi mәsәlәlәri izah etmişdir; o, bu әsәrdә әvvәlki riyaziyyatın inkişafını yekunlaşdırmış vә sonrakı inkişafı üçün zәmin yaratmışdır. E.-in әrәb tәrcümәsindә qorunub saxlanmış  “Fiqurların bölünmәsi haqqında” riyaziyyata aid әsәri, 4 “Konik kәsiklәr” kitabı (hәmin adla Apolloni Perqalının әsәrlәrinә daxil edilmişdir), hәmçinin “Porizmlәr” (bu әsәr haqqında mәlumatı İsgәndәriyyәli Pappın “Riyaziyyat toplusun”dan almaq olar) mәlumdur. E.-in mәşhur әsәrlәri “Euclidis Opera   omnia”da   (ed.   J.L.Heiberg   et H.Menge, vol 1–9, 1883–1916) toplanılıb. “Kanonun  bölünmәsi”  traktatı  (yәni monoxorda; latınca “Sectio canonis” adlanır) 200-dәn artıq siyahıda saxlanılıb. Bu traktatda E. musiqinin Pifaqor nәzәriyyәsinin (“Harmonika”nın) nailiyyәtlәrini ümumilәşdirmiş, sonrakı әsrlәrdә bu, tәkmillәşdirilmiş vә musiqi elmindә böyük әhәmiyyәt kәsb etmişdir.

    Əd.: Вандер  Варден  Б.Л. Пробуждающаяся наука. М., 1959.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç