DOLOMİT ALP DAĞLARI (Alpi Dolomiti) – İtaliyanın şm.-ş.-indә, Şәrqi Alp d-rında dağ massivi. Uz. 120 km, hünd. 3343 m-әdәkdir (Marmolada d.). Әsasәn әhәngdaşı, dolomit vә mergeldәn ibarәtdir. Dik yamaclar vә şiş uclu yallar sәciyyәvidir. Yamaclarının aşağı hissәsindә şam vә enliyarpaqlı meşәlәr, yuxarıda dağ çәmәnlәri, 2700 m-dәn yüksәkdә qar vә buzlaqlar var. Mәşhur turizm vә qar xizәyi idmanı r-nudur (Kortina d’Ampettso vә s.).
Доломит Алп даьлары. Мармолада даьы.