DOLU – sferik dәnәciklәrdәn, yaxud xırda buz parçalarından ibarәt atmosfer yağıntısı. Ölçüsü 5 mm-dәn 55 mm-ә qәdәr, bәzәn daha çox (130 mm, kütlәsi tәqr. 1 kq) olur. D.-nun nüvәsi yüksәk sululuğa malik buludlarda su damcılarının donması nәticәsindә yaranır vә tәdricәn әtrafındakı digәr soyumuş damcıların hesabına böyüyür; ölçüsü onun hava kütlәlәrinin konveksiyasında (yuxarı-aşağı hәrәkәtindә) tәkrar-tәkrar iştirakından asılıdır; yuxarıya doğru güclü hava axınları buludlardakı D. dәnәlәrinin yerә düşmәsini lәngidir vә nәticәdә iri D. dәnәlәri yaranır. Adәtәn, ilin isti dövründә (yer sәthindә 20°C-dәn yuxarı) güclü tufan zamanı, ensiz (bir neçә km, bәzәn 10 km-әdәk), lakin uzun zolaq (onlarla, bәzәn yüzlәrlә km) şәklindә, bir neçә, bәzәn onlarla sm qalınlığında düşür. D.-nun yağma müddәti bir neçә dәq., nadir hallarda tәqr. 1 saat çәkir. D. mülayim enliklәrdә, daha intensiv tropiklәrdә düşür; qütb enliklәrindә müşahidә olunmur. D. Azәrb.-da әn çox Böyük vә Kiçik Qafqazın dağәtәyi vә orta dağlıq zonasında müşahidә olunur. K.t.-na böyük ziyan vurur.