EVKÓMMİYA, eykommiya, eukommiya (Eucommia) – evkommiyakimilәr fәsilәsinin yeganә ağac cinsi. Qarağacyarpaq, yaxud Çin quttaperça ağacı (E. ulmoides) adlı bir növü var. Vәtәni Çindir. Yarpağınıtökәn ağacdır. Hünd. 15–20 m-dir. Yarpaqları növbәli, uzunsovellipsşәkilli dişli, yaxud mişarvarıdır. Əsasәn ikievlidir. Gineseyi biryuvalıdır. Meyvәsi açılmayan, adәtәn, birtoxumlu, qanadlıdır. Oduncaq vә toxumundan başqa bütün hissәlәrindә әsas komponenti quttaperça olan qutta ilә dolu süd şirәsi borucuqları vardır.
Çin quttaperça ağacı (E. ulmoides), çiçәyi вя yarpağı.
Qәdimlәrdәn E. sümük sınıqlarının vә müxtәlif daxili xәstәliklәrin müalicәsindә dәrman bitkisi, hәmçinin tonuslaşdırıcı vasitә kimi istifadә olunur. Gürc.-da, Azәrb.da, Krasnodar ölkәsindә, Moldovada, Orta Asiyada, әsasәn, quttaperça almaq mәqsәdilә becәrilir. E. hәm dә dekorativ bitkidir. Onun qabığından hazırlanan hәlim, maye ekstraktlar vә cövhәrlәr tibdә hipertoniya xәstәliklәrinin erkәn mәrhәlәsindә spazmolitik vә hipotenziv vasitә kimi istifadә edilir.