EVLİ, Xarrat, Molla Eyyublu – Tiflis qub. Borçalı qәzasının Lori nahiyәsindә (31.12.1937 ildәn Kalinino r-nu) azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni hücumlarına mәruz qalmış vә kәnddәn qovulmuş әhali bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra geri qayıda bilmişdir. 1988 ildә E. sakinlәri ermәnilәrin soyqırımı tәhdidlәri altında yenidәn doğma yurddan qovulmuşlar. 19.4.1991 ildә kәndin adı dәyişdirilәrәk Dzaramut qoyulmuşdur.