DOMBÁY TALASI – Böyük Qafqazda, Suayırıcı silsilәnin şm. yamacında çuxur. Dәniz sәviyyәsindәn 1620 m yüksәklikdә, Teberda qoruğu әrazisindәdir. Yüksәkliyi 4046 m-ә (Dombay Ulgen) qәdәr olan dağlarla әhatәlәnir. Orta temp-r yan- varda – 6,8°C, iyulda 14,2°C-dir. İllik yağıntı 1000–1500 mm-dir. Yamacları 2400 m yüksәkliyәdәk sıx meşәlәrdir (әsasәn, ağ şam). Teberda çayı (Kuban hövzәsi) D.t.-ndan başlanır. Turizm, alpinizm, dağ xizәk idmanı r-nudur.