DONDAR QUŞÇU – Azәrb. Resp. Tovuz r-nunda kәnd. Dondar Quşçu ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 8 km c.-ş.-dә, Bakı–Qazax d.y. kәnarında, Gәncә-Qazax düzәnliyindә, Tovuz çayının sahilindәdir. Әh. 3835 (2011); әkinçilik, heyvandarlıq vә üzümçülüklә mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, tibb mәntәqәsi, klub, poçt, ATS var.