DONDARLI – Azәrb. Resp. Qubadlı r-nunda kәnd. Dondarlı ә.d.-nin (Dondarlı, Dilәli Müskәnli, Mirlәr, Saray k.-lәri daхildir) mәrkәzi. R-n mәrkәzindәn 6 km c.- da, Bәrgüşad çayının sağ sahilindә, Bәrgüşad silsilәsinin әtәyindәdir. Әh. 1050 (2011); işğaldan (1993, avqust) әvvәl heyvandarlıq vә tütünçülüklә mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama mәntәqәsi, ATS; memarlıq abidәlәrindәn mәscid (19 әsr) vә Hacıbәdәl körpüsü (?) var idi.