DONÉTSK TİRӘSİ (TӘPӘLİYİ) – Şәrqi Avropa düzәnliyinin c.-unda, Ukrayna vә RF (Rostov vil.) sәrhәdindә yüksәklik. Şm.-q.-dәn c.-ş.-ә 370 km mәsafәdә uzanır, eni 50 km-dәn (ş.-dә) 120 km-ә (q.-dә) qәdәrdir. Severski Donets çayı dәrәsinә dik düşür. Yüksәk nöqtәsi 367 m-dir. Sәthi çay dәrәlәri ilә kәskin parçalanmışdır. Kalmius vә digәr çayların dәrәlәrindә karst relyef formaları (çala, mağara) intişar tapmışdır. Zәngin daş kömür, polimetal filiz, tikinti materialı yataqları mәlumdur. İqlimi mülayim kontinentaldır. Orta temp-r yanvarda – 7°C, iyulda 22°C-dir. İllik yağıntı 400–550 mm (әsasәn yayda düşür). Әsas çayı Severski Donets, elәcә dә Mius, Kalmius Azov dәnizi hövzәsinә aiddir. Әsasәn qara vә podzollaşmış torpaqlar yayılmışdır. Әkin yerlәri, bağ vә bostan sahәlәri, mәrkәzi hissәdә meşәliklәr (cökә, göyrüş vә ağcaqayın) var. D.t. әrazisindә Donetsk kömür hövzәsi әsasında inkişaf etmiş iri sәnaye r-nu yerlәşir.