DONYANA MİLLİ PARKI, K o t o - D o n y a n a (Coto Doňana) – İspaniyada milli park. Әndәlis muxtar vil. әrazisindә, Qvadalkvivir çayı deltasının sağ sahilindәdir. 1969 ildә yaradılmışdır. Sah. tәqr. 500 km2. 1980 ildәn biosfer rezervatı statusu almış, 1994 ildәn isә Ümumdünya irsi siyahısına daxil edilmişdir. D.M.P. üçün müxtәlif biotoplar: laqunlar, geniş bataqlıqlar, qumlu dünlәr, elәcә dә şamlıq vә palıdlıqlar sәciyyәvidir. Şam meşәlәri arasında suyu müxtәlif rәngli (mәs., Çarkodel Toro gölündә su qara, Santa-Olalya gölündә isә zümrüdü-yaşılıdır) qeyri-adi göllәr var. Parkın bitki vә heyvanlar alәmi Cәnubi Avropa vә Afrika növlәrinin qarışığıdır. Şam ağacı ilә yanaşı, göyrüş, ardıc, mantar ağacı vә çiyәlәk kollarına, süpürgә çәmәnliklәrindә isә cırtdan palmalara rast gәlmәk olur. Faunasında qırmızı vә xallı marallar, susamurları xallı genetta vә manqusta ilә, vәhşi meşә pişiyi vә vaşaq isә bәbirlә yanaşı mәskunlaşmışlar. Park İberiya vaşaqının sonuncu sığınacaq yerlәrindәndir. Su-bataqlıq yer- lәrindә çoxsaylı köçәri vә oturaq quşlar, o cümlәdәn flaminqo, bataqlıq belibağlısı, hörümçәk quşu, mәzar qartalı var; Aralıq dәnizi sahili boyunda 500 minәdәk vağ quşunun әn iri yuvalama yerlәrindәn biri yerlәşir.
Донйана Милли Паркы.