EVOLVENTOMÉTR (lat. evolvens – açan, genişlәndirәn + …metr) – evolvent ilişmәli dişli çarxların oxuna perpendikulyar kәsikdә dişin evolvent profilindәki xәtaları fasilәsiz ölçmәk üçün cihaz. E.-in iş prinsipi dişin yoxlanılan profilinin cihazın әks etdirdiyi nәzәri evolventlә müqayisәsinә әsaslanır. Ölçmәnin nәticәlәri özüyazan quruluşla aparılır. EHM-ә siqnallar göndәrәn impuls çeviricili sistemlәr dә tәtbiq edilir; EHM-dә siqnallar maşındakı nәzәri verilәnlәrlә müqayisә olunur.