Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVOLYUSİONİZM

    EVOLYUSİONİZM – antropologiyanın inkişafında ilk nәzәri cәrәyan. 18 әsrin sonu  –  19  әsrin  1-ci  yarısında  geologiya (Ç.Layel), biologiya (J.B.Lamark, Ç.Darvin), fәlsәfә (D.Didro, R.J.Tyurqo) vә sosiologiya (O.Kont, H.Spenser) çәrçivәsindә formalaşmış inkişaf vә tәrәqqi ideyalarının antropoloji interpretasiyasına çevrilmişdi. E.-in әsasını ümumi formaların qanunauyğun diferensiasiyası haqqında tәsәvvürlәr vә hadisәlәrin sadәdәn mürәkkәbә doğru transformasiyası tәşkil edirdi. Antropoloji konteksdә bu, insanın bioloji vә psixi vәhdәtinin  ifadәsi  idi.  Mәdәniyyәtin  sadә formadan mürәkkәbә doğru inkişafının birxәtliliyi vә yeknәsәqliyi konsepsiyası da buradan qaynaqlanırdı. Xalqlar arasında olan mәdәni fәrqlәr onların tarixi tәrәqqinin müxtәlif mәrhәlәlәrinә mәxsusluğu ilә izah olunurdu. E. әsasәn B.Britaniyada vә ABŞda tәşәkkül tapmış, sonralar әksәr Avropa ölkәlәrinә  yayılmışdı.  Nәzәri  cәrәyanın әsas nümayәndәsi E.B.Taylor E.-in baza nәzәriyyәsini vә metodologiyasını, xüsusәn “yaşantılar” konsepsiyasını işlәmiş, dinin inkişaf mәrhәlәlәrini dövrlәr üzrә qruplaşdırmışdır. 19–20 әsrlәrin qovşağında E. antropologiyada tәdricәn öz qabaqcıl mövqeyini itirmәyә başlayır. Bunun әsas sәbәbi mәdәni-tarixi proses konsepsiyasının son dәrәcә sadәlәşdirilmәsidir. 20 әsrin әvvәllәrindә yalnız müxtәlif tәdqiqatçılar, o cümlәdәn C.C.Frezer E.-i dәstәklәmişlәr.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç