Şimali İtaliyada çay. Po çayının sol qolu. Uz. 160 km, hövzәsinin sah. 4320 km2. Monblan massivinin c.-ş. yamacındakı buzlaqlardan başlanır. Yuxarı vә orta axınında dәrәsi dәrin vә astanalıdır; Pennin vә Qray Alp d-rının qollarını kәsib keçir. Aşağı axını Padan düzәnliyindәdir. Әsasәn buzlaq vә qar suları ilә qidalanır. Yayda gursuludur. Aşağı axınında ortaillik su sәrfi 163 m3/san-dir. SES var. Suvarmada istifadә olunur. Aosta, İvrea ş.-lәri D.-B. sahilindәdir.