EVOLYÚT VƏ EVOLVÉNT (lat. evolutus – açılmış + evolentis – açan) – diferensial hәndәsәnin anlayışı: müstәvi әyrinin evolyutu hәmin әyrinin әyrilik mәrkәzlәrinin hәndәsi yeridir. Əyrinin toxunanlarının ortoqonal trayektoriyasına isә onun evolventi deyilir. Müstәvi xәtt öz evolyutuna nәzәrәn evolventdir. l müstәvi әyrisinin m әyrilik mәrkәzlәri çoxluğu bu әyrinin evolyutu adlanır: l әyrisi öz evolyutuna nәzәrәn evolvent adlanır (şәklә bax). m әyrisinin l evolventi AB parçasının B ucunun trayektoriyası kimi alınır. Evolyut vә evolvent aşağıdakı xassәlәrә әsasәn qurulur: 1) evolyutun ixtiyari (C) nöqtәsindәki toxunanı (CD) evolventin uyğun nöqtәsindәki normalıdır; 2) әyrilik radiuslarının (AB vә CD) fәrqi evolyutun AC qövsünün uz.-na bәrabәrdir; 3) evolyut evolventin normallar ailәsinin qurşayanıdır.
Əgәr l xәtti x = x(t), y = y(t) parametrik tәnliklәri ilә verilmişsә, onun evolyutunun tәnliklәri aşağıdakı kimi olar:
Fәza әyrisinin evolventini bu әyrinin toxunanlarının ortoqonal trayektoriyası kimi tәyin etmәk olar.