EVORÓN – RF-dә, Xabarovsk diyarında, Amurun aşağı hövzәsindә göl. Sah. 194 km2, dәrinliyi 2–3 m. Şm.-dan c.-a 30 km mәsafәdә uzanır, eni 12 km-әdәkdir. Q. vә c. sahillәri hündür, meşәlikdir; qalan әrazilәr bataqlıqlaşmış ovalıqdır. Qar vә yağış suları ilә qidalanır. Yazda vә yayın әvvәlindә suyunun sәviyyәsi qalxır. Oktyabr–noyabrın әvvәlindәn mayadәk donmuş olur. Evur çayı E.-a tökülür. Balıq ovlanır.
Еворон эюлц.