EVPULU – orta әsrlәrdә Yaxın Şәrqin bәzi ölkәsindә, o cümlәdәn Azәrb.-da vergi. Ailә üzvlәrinin sayından asılı olmayaraq hәr evdәn alınırdı. 13–14 әsrlәrdә xane-şümari (fars. evpulu) adı ilә toplanılırdı. Vergiyığan mәmurların özbaşınalığını nisbәtәn mәhdudlaşdırmaq üçün toplanılan xaneşümarinin miqdarı Uzun Hәsәnin “Qanunnamә”sindә müәyyәnlәşdirilirdi (hәr evdәn ildә 7 axça). E. 18–19 әsrlәrdә Qarabağ xanlığında otaqxәrci, Şәki xanlığında tüstüpulu vә s. adlarla toplanılırdı.