ÉVRİKA (yun. εύρηκα – tapdım) – 1) rәvayәtә görә Arximedin Sirakuza şahı Hiyeronun tacındakı qızıl vә gümüşün miqdarını tәyin etdikdәn sonra qışqıraraq, ucadan dediyi söz; 2) mürәkkәb mәsәlәlәrin hәlli tapılarkәn, yeni fikir vә ideyalar yaranarkәn razılıq vә sevinc hissini ifadә edәn söz.