Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVRİKA ÜSYANI

    EVRİKA ÜSYANI – 1854 il dekabrın 3dә Avstraliyanın Viktoriya ştatının Ballarat r-nundakı qızıl mәdәnlәrindә qızılaxtaranların silahlı üsyanı. 1850-ci illәrdәn Viktoriya koloniyası mühacirlәrinin İngiltәrәnin müstәmlәkә idarәçiliyi vә yerli burjuaziyanın tәzyiqinә qarşı, demokratik hüquqlar uğrunda apardıqları mübarizәnin әn yüksәk nöqtәsi idi. Münaqişәnin gedişindә üsyançılar tәrәfindәn tikilmiş “Evrika” istehkamının adı ilә adlandırılmışdır. 1851 ildә qızıl çıxarılmasına lisenziyanın tәtbiqi üsyanın başlaması üçün bilavasitә bәhanә oldu. Baxışlarına görә çartistlәrә, hәmçinin Avstraliyaya sürgün edilmiş İrlandiya milli azadlıq mübarizәsi iştirakçılarına yaxın olan adamların rәhbәrliyi altında hәrәkat 1854 ilin sonlarında güclәndi. Bir sıra şiddәtli qarşıdurma baş verdi. Noyabrın 11-dә qızılaxtaranların mitinqindә yaradılmış “Ballarat islahat cәmiyyәti” Viktoriya hökumәti qarşısında tәlәblәrini irәli sürdü. Bu tәlәblәrdә ümumi seçki hüququnun tәtbiqi, parlament üzvlüyünә namizәdlәr üçün әmlak senzinin lәğvi, parlament üzvlәrinә mәvacib verilmәsi vә s. mәsәlәlәr yer aldı. Cәmiyyәt hәmçinin qızıl çıxarılması üçün lisenziya sisteminin lәğvini dә tәlәb etdi. Hökumәtin üsyançılara divan tutmağa hazırlaşdığı zaman, noyabrın 30-da qızılaxtaranların tәqr. 500 nәfәri “öz hüquq vә azadlıqlarını qorumaq mәqsәdilә vuruşmağa” and içәrәk irlandiyalı P.Leloru “baş komandan” seçdilәr. Dekabrın 3-dә hökumәt qoşunları – tәqr. 200 piyada vә süvari, hәmçinin 100 atlı vә piyada polis nәfәri üsyançıların (tәqr. 150 nәfәr) istehkamına hücuma keçdilәr. Qısamüddәtli, lakin şiddәtli toqquşmadan sonra qızılaxtaranların müqavimәti qırıldı. Üsyançıların tәqr. 30 nәfәri öldü, P.Lelor ağır yaralandı, qoşun vә polis hissәlәrindәn isә tәqr. 20 nәfәr öldü vә yaralandı.

    E.ü. müstәmlәkәlәrә daxili özünüidarә hüququnun verilmәsi prosesini sürәtlәndirdi vә ölkәdә demokratik hәrәkatın inkişafına tәkan verdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç